”Heyvanların sevgiyə və şəfqətə ehtiyacı var”. İqlim dəyişikləri aktuallaşır. Sahibkarlıq və ekologiya. – QHT sədri İradə Həsənovadan ciddi açıqlamalar

YeniMedia.net portalı xəbər verir ki, “Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım” İctimai Birliyinin sədri İradə Həsənova 4 oktyabr – Ümumdünya Heyvanlar Günü ilə bağlı açıqlama verib.

O bildirib ki, bu günün məqsədi heyvanların müdafiəsini, onların həyat hüququna hörməti və rifahının artırılmasını təşviq etməkdir. İradə Həsənova vurğulayıb ki, heyvanların dərisi üçün öldürülməsi, tibbi və kosmetik təcrübələrdə istifadə edilməsi, əyləncə məqsədilə ovlanması onların hüquqlarının pozulmasıdır.

“Heyvanlar bizim ən yaxşı dostlarımızdır. Onların sevgiyə, şəfqətə ehtiyacı var. Hər kəs sadəcə bir kasa su və yeməklə belə bir canlının həyatını xilas edə bilər. İnsanların heyvanlara əşya kimi deyil, canlı kimi yanaşmasının vacibliyini vurğulayaraq, təbii tarazlığın qorunduğu və bütün canlılarla harmoniya içində yaşanılan bir dünya arzusu etdiyini bildirib”.

“Azərbaycan iqlim dəyişikliyi ilə bağlı ciddi tədbirlər görür

“İqlim dəyişikliyi bütün dünyanı narahat edən məsələlərdən biri hesab olunur. Bununla bağlı adi insanlar da həyəcan siqnalı çalmalıdır. Artıq demək olar ki, fəsillər öz yerini dəyişib. Bunlar iqlim dəyişikliyinin nəticəsində baş verir. Bu, doğrudan da real bir hadisədir. İqlim dəyişikliyi ilə bağlı Azərbaycanda çox böyük işlər görülür. Keçən il ölkəmizdə COP29-un keçirilməsi buna bariz nümunədir. Yaşıl enerjiyə keçid dövrü də buna misal ola bilər. Həmçinin bu gün artıq elektrikli nəqliyyatlardan istifadə olunur”.

Bu fikirləri açıqlamasında “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

İ.Həsənova bildirib ki, Qarabağ, Zəngəzur, Naxçıvanda yaşıl enerjiyə keçid dövrü başlayıb: “2030-cu ilə qədər Qarabağ demək olar ki, yaşıl enerji ilə təmin olunacaq. Digər bölgələrin də yaşıl enerji ilə təmin olunması nəzərdə tutulub. Keçən il “Yaşıl dünya naminə həmrəylik ili” elan olundu. Bu, onu göstərir ki, Azərbaycan iqlim dəyişikliyi ilə bağlı ciddi tədbirlər görməyə başlayıb. Bizim bir neçə dövlətlə yaşıl enerji ilə bağlı müqavilələrimiz var və artıq bir neçə ildir bununla bağlı işlər görülür”.

O eləcə də qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) havaya buraxılan zəhərli maddələrlə, tüstülərlə bağlı şadlıq saraylarında monitorinqlər keçirir: “Mən öncələr çıxışımda da demişdim ki, əgər havaya buraxılan tüstülərin qarşını almaq üçün sahibkarlara böyük məbləğdə cərimələr qoyulsa, onlar da havaya buraxılan o tüstülərin qarşını almaq üçün filtrlərdən istifadə edərlər. Bunu artıq Nazirlik monitorinq edərək həyata keçirir. Bildirim ki, kənd təsərrüfatında da iqlim dəyişikliyi ilə bağlı çox böyük işlər görülür. Artıq damcı üsulu ilə suvarma sisteminə keçilir. Həm də iqlim dəyişikliyinin nəticəsində su qıtlığının yaranması gözlənilir. Bunun da qarşısını almaq üçün Azərbaycanda bir sıra tədbirlər görülür”.

Sahibkarlara qarşı daha sərt tədbirlər görülməlidir. Cərimələr ARTACAQ

“Bugünkü gündə restoranlar və şadlıq saraylarının fəaliyyətindən yaranan tüstülərin havanı çirkləndirməsi xüsusilə Sumqayıt və rayonlarda daha çox müşahidə olunur. Bakıda bu problem o qədər də nəzərə çarpmır, amma kənardan və ya yüksək yerdən Bakıya baxanda şəhərin tüstü içində olduğu aydın görünür”.

Bunu açıqlamasında “Səma və Eko” Sosial-iqtisadi inkişafa yardım İB-nin sədri İradə Həsənova deyib.

Onun sözlərinə görə, monitorinqlər göstərir ki, artıq insanlar bu məsələ ilə bağlı narazılıqlarını bildirirlər:

“Mən də Ekologiya Nazirliyində bu mövzunu dəfələrlə qaldırmışam. Hava keyfiyyətinə təsir edən bu problemin həlli üçün ciddi nəticələrin olması vacibdir”.

O, bildirib ki, tüstünün havaya buraxılmasının qarşısını almaq üçün sahibkarlara verilən cərimələrin məbləği artırılmalıdır:

“Kiçik məbləğdə cərimə ödəyərək məsuliyyətsiz davrananlar, böyük cərimə tətbiq edildikdə artıq məsuliyyət hissi duyar və hava filtrləri quraşdırmaqla tüstünün buraxılmasının qarşısını alarlar. Bu məsələnin ciddi şəkildə həll edilməsi həm ekoloji, həm də ictimai sağlamlıq baxımından əhəmiyyətlidir”.

Qeyd edək ki, ölkə ərazisində restoran və şadlıq saraylarından qalxan tüstü səbəbilə monitorinqlərə başlanılıb.

Nihad Əbilli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir