Gənclərə örnək olan ömür. Leyla Məcidova yazır

İnsan yaşlaşanda xəyalən tez-tez arxada qoyduğu illərə qayıdır. Təbii ki, bu illər hamıya eyni təəssüratı, əhval-ruhiyyəni bağışlamır. Yaşadığın illərə əgər dəyər vermisənsə, hər ayın, günün qədrini bilmisənsə sevinirsən, ürəyin rahat olur, ya da əksinə, ötürdüyün illəri yelə sovurmusansa sarsılırsan peşmançılıq hissi qəlbinə hakim kəsilir Çarəsiz qalıb öz-ozünə deyirsən: “Kaş yaşanmış illər yenidən qayıdaydı…” . Böyük rus yazıçısı Nikolay Ostrovskinin təbirincə desək, “Həyat insana bir dəfə verilir, gərək onu elə yaşayasan ki, sonra peşimançılıq çəkməyəsən”.
Rəfail Rzayevə gəldildə isə deməliyəm ki, o,yaşanmış illər üçün heç də peşimançılıq çəkmir, ömürdən gedən hər günün qədrini bilib, dəyərini verib. Bir sözlə yola saldığı hər ildə onun halal zəhməti , el-oba təəssüfkeşliyi, xidmət etdiyi dövlətə hədsiz sədaqəti, Vətən sevgisi var. .. Yəni demək istəyirəm ki, bir Vətən övladı, bir xan lənkəranlı kimi mənalı həyatına görə başını qürurla uca tutmağa Rəfail Rzayevin də haqqı çatır. Qeyd edək ki, həyatını məhz bu cür yaşamağa R.Rzayevin böyüyüb boya-başa çatdığı ziyalı mühiti də mühüm rol oynayıb. Atası Hüccəd dünyasını çox tez dəyişəndən sonra böyük ailə yalnız erkən yaşlarında qatlaşdığı zəhmət , əzab-əziyyət hesabına yaşayıb.Qardaşlarının hamısı ali təhsil almağa , Lənkəranda , eləcə də respublikada məsul vəzifələrdə çalışmağa müvəffəq olub.Elə özündən böyük qardaşı Yaşar Rzayevi götürək.Yaşar müəllim təkcə tanınmış yazıb-jurnalist kimi yaradıcılığı ilə deyil, həm ictimai –siyasi , həm də dövlət fəaliyyəti ilə diqqət çəkib.O, yerli “Leninçi” qəzetinin məsul katibliyindən Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibinə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına və Azərbaycan Respublikası Milli Məclisinin üzvlüyünə qədər şərəfli bir yol keçib.Hazırda təqaüddə olsa da həm elmi, həm də bədii yaradıcılığını davam etdirir.
Haqqında söhbət açdığımız Rəfail Rzayev də məhz bu ziyalı mühitinin yetirməsi kimi ailə ənənəsinin layiqli davamçısıdır.O da Lənkəranda bir çox məsul vəzifələrdə çalışıb.Harada işləməyindən asılı olmayaraq özünü doğruldub, dövlətə , millətə sədaqəti ilə seçilib.Bunu onun geniş tərcümeyi halı da təsdiqləyir.
1949-cu ildə Lənkəran şəhərində dünyaya göz açıb.1966-cı ildə Lənkəran şəhər 3 saylı orta məktəbini bitirdikdən sonra D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub.1971-ci ildə həmin ali məktəbi “Əmtəəşünas” ixtisası ilə bitirib.Elə həmin ildə Port İliç çörək kombinatında iqtisadçı vəzifəsində əmək fəaliyyətinə başlayıb.Bu müəssisədə noyabr yının axırına qədər işlədikdən sonra Sovet ordusu sıralarına çağırılıb.Bir illik hərbi xidmətdən tərxis olunaraq 1972-ci ilin axırında Lənkəran Şəhər Qarışıq Mallar Ticarəti idarəsində mühasib kimi əmək fəaliyyətinə davam etdirib.1981-ci ildən həmin idarədə əvvəl ticarət üzrə böyük müfəttiş , sonra isə ticarətin təşkili qaydaları şöbəsinin rəisi vəzifələrinə irəli çəkilib.1992-ci il dekabr ayında Lənkəran Şəhər İctimai İaşə İdarəsinə direktor təyin edilən Rəfail Rzayev 1997-ci ilin fevral ayında Lənkəran Şəhər Universal Ticarət Firmasına şöbə rəisi vəzifəsinə keçirilib.Lakin Ləyaqətli işçi kimi həmişə diqqət mərkəzində olan R.Rzayevin inkişaf yolu bununla bitməyib.O, 1998-ci ilin sentyabr ayından 1999-cu ilin noyabr ayınadək Lənkəran Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktor müavini , 2000-ci ilin mart ayından 2003-cü ilin iyun ayına kimi həmin mərkəzin direktoru işləyib.Bundan sonra həyatında yenidən vəzifə dəyişikliyi baş verib.Belə ki, O, 2004-cü ilin may ayından 2006-cı ilin avqust ayınadək Lənkəran Rayon Məşğulluq Mərkəzinin direktoru, 2007-ci ilin iyun ayından isə Azərbaycan Resapublikası Dövlət Arxivi Lənkəran filialının direktoru vəzifələrində çalışıb.
Yuxarıda qeyd etdik ki, Rəfail Rzayev Lənkəranda məsul vəzifələrdə çalışması ilə bərabər ictimai fəaliyyəti ilə də seçilib.Demək olar ki, rayonun ictimai-siyasi həyatında fəallıq göstərib.Hələ Sovet dövründə uzun müddət idarə ilk komsomol təşkilatının katibi Həmkarlar İttifaqı təşkilatının sədri, əmək kollektivləri şurasının sədri ,Lənkəran Rayon Komsomol Təşkilatı Təftiş Komisiyasının sədri, Rayon Xalq Nəzarəti Komitəsinin ştatdankənar inspektoru seçilib.1997-ci ilin aprel ayında Yeni Azərbaycan Partiyasının , 2004-cü ilin dekabr ayında Lənkəran Bələdiyyəsinin üzvlüyünə qəbul olunub.Müstəqillik dövründə Lənkəran təşkilatında YAP-ın şura üzvü , mandat komisiyasının sədri , dəfələrlə YAP-ın Rayon Təşkilatının Konfransına və qurultaylarına nümayəndə seçilib.
Rəfail Rzayev 1993-cü il Avqust hadisələrində də yüksək vətənpərvərlik nümunəsi göstətib.Beülə ki, O, həmin ayda Lənkəranda baş qaldıran separatizmə qarşı mübarizənin ön sıralarında idi.
R.Rzayev hazırda 76-cı payızını yaşayır.Onun təqaüd yaşı Azərbaycan Respublikasının tam suverenliyi dövrünə təsadüf edir.Zəfər sevincini bizimlə bölüşərək dedi:-Möhtərəm Prezident Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və Azərbaycan əsgərinin qəhrəmanlığı ilə qazanılan bu qələbəni 30 ildən çox idi ki, səbrsizliklə gözləyirdik.Bu sevinci yaşadığıma görə özümü xöşbəxt sayıram.İndi xalqımızın öz başını uca tutmağa tam haqqı var.Çünkü üzündən məğlubiyyət ləkəsi silinib.Prezidentin təbirincə desək , biz daha qalib xalq kimi yaşayacağıq….
Bəli Rəfail Rzayev gənclərə örnək olan bir ömür yaşayır.Onun idarəetmə və təşkilatçılıq təcrübəsi öyrənilməyə layiqdir.Allah Rəfail müəllimə uzun ömür,can sağlığı,nəsib etsin yüz yaşasın!

               Qabaqda yüzün var....

           Bəyaz qar tək üzün vardır,
           Danşmağa sözün vardır.
           Lənkəranda izin vardır,
           Gəl qarşıla sən yüzünü.

           Ötüb keçdin neçə sınaq,
           Eşitmədin eldən qınaq.
           Gəl özünü sanma qonaq,
           Gəl qarşıla sən yüzünü.

           Çıx qabağa gül-çiçəklə.
           Həmişəki saf ürəklə .
           Xoş arzuyla, xoş diləklə,
           Gəl qarşıla sən yüzünü.

           Qayıdıbdı gənclik çağı,
           Gördün azad Qarabağı!
           Qəlbin deyil qəm oylağı,
           Gəl qarşıla sən yüzünü.

          Bir övlad tək dəyər aldın,
          Dövlətinə sadiq qaldın.
          Yetmiş beşi yola saldın,
          Gəl qarşıla sən yüzünü

Leyla Məcidova,

tarix üzrə fəlsəfə doktoru

Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir