Vəhdət Partiyası Anım Gününə həsr olunmuş “Yaşatmaq ən böyük qəhrəmanlıqdır” şüarı altında könüllü qanvermə aksiyası

27 sentyabr – Anım günü münasibətilə Vəhdət Partiyasının Mərkəzi Qərargahında könüllü qanvermə aksiyası keçirilib.

“Yaşamaq ən böyük qəhrəmanlıqdır” şüarı ilə təşkil olunan qanvermə aksiyası vətənpərvərlik, humanizm, dövlətçilik dəyərlərinə sadiqliyin nümunəsinə çevrilib.

Aksiyada Vəhdət Partiyasının sədri Adem İsmayıl Bakuvi, rəhbərlər, Bakıdakı rayon təşkilatlarının sədrləri, gənclər, partiyanın sıravi üzvləri iştirak ediblər.

Möhtərəm Prezident İlham Əliyevin şəhidlərin xatirəsini ehtiramla yad etmək, insani dəyərləri qorumaq çağırışlarına uyğun olaraq, Vəhdət Partiyası bu təşəbbüsü həyata keçirib.

Hər bir donorun səhhəti Səhiyyə Nazirliyinin Respublika Qan Bankının həkimi Şahgəldiyeva Tahirə xanım, tibb bacısı Nigar Allahverdiyeva, laborantlar Səkinə Vəliyeva və Sevda Rəsulova tərəfindən əvvəlcədən yoxlanılıb və hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.  

Səhiyyə Nazirliyi Birlik Partiyasının Anım Gününə həsr olunmuş “Yaşamaq ən böyük qəhrəmanlıqdır” şüarı altında könüllü qanvermə aksiyasının yüksək səviyyədə təşkilinə görə Respublika Qan Bankının rəhbərliyinə və həkim-hematoloq komandasına dərin minnətdarlığını bildirir .

Birinci mərhələdə çoxlu sayda partiya üzvü könüllü olaraq qan verib. Kampaniya partiyanın bütün rayon təşkilatlarında 44 gün davam edəcək və ümumilikdə 500-ə yaxın üzvün donor kimi qan bankına qoşulması nəzərdə tutulub.

Donor qanı hemofiliya və talassemiyanın, eləcə də qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

Vəhdət Partiyası bu cür xeyriyyə aksiyalarını gələcəkdə də davam etdirmək niyyətindədir və bütün vətəndaşları bu nəcib təşəbbüsə qoşulmağa çağırır.

Aksiyanın sonunda Səhiyyə Nazirliyinin Respublika Qan Bankının tibb işçiləri,   Vəhdət Partiyasının sədri Adem İsmayıl Bakuvi və məsul işçilər, Bakı şəhəri üzrə rayon təşkilatlarının sədrləri, gənclər, partiyanın sıravi üzvləri xatirə şəkli çəkdiriblər.

Adam, teacher, doctors
blood drive teacher Adem
adem muellimgan action001
blood drive002
blood drive02
blood drive04
blood drive1
action blood1
blood drive05

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir