Qarabağın – Füzulinin bir kəndi haqqında həzin-ədəbi ensiklopediya. İctimai xadim Qismət İbrahimovun “Gecəgözlü kəndi haqqında xatirələrim və düşüncələrim” kitabı. Təqdimatdan video

Əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də “TransEvroKom” MMC telekommunikasiya şirkətinin baş direktoru Qismət İbrahimovdur. Dəyərli şəxsiyyətin bu yaxınlarda içıq üzü görmüş”Gecəgözlü kəndi haqqında xatirələrim və düşüncələrim” kitabının təqdimat mərasimindən videonu diqqətinizə çatdırırq.

Kitabın elektron variantı ilə bu yaxınlarda www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalında tanış ola bilərsiniz…

Müəllif haqqında geniş məlumatlar…

Qismət İbrahimov

Qismət Qənimət oğlu İbrahimov

   O, 2 İyul 1966-cı ildə Füzuli rayonunda anadan olmuşdur.

1983-1988-ci ildə Moskva Rabitə və İnformatika Texniki Universitetini bitirib.

1988-ci ildə təyinatla Azərbaycan Respublikası Rabitə Nazirliyinə (RN) göndərilmişdir.

1988-1989-cu   illərdə RN-nin Bakı   Poçtamtında 2-ci dərəcəli elektrik montyoru;

1989-1990-illərdə həmin müəssisədə mühəndis, böyük mühəndis vəzifələrində çalışmışdır.

1990-1993  illərdə  “Bakı  Poçt  Rabitəsi” İB-nin  Avtomatlaşdırma və Mexanikləşdirmə sexinin rəisi;

1994-1998 illərdə RN-nin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin (BƏHM) direktor müavini;

1998-2004-cü illərdə Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin Baş direktoru vəzifələrində çalışmışdır;

15.07.2004-cu il tarixindən  “TransEvroKom” MMC telekommunikasiya şirkətinin  Baş direktoru vəzifəsində çalışır.

1993-1994 illərdə İslamabad Müasir Dillər Universitetində “İngilis dili və diplomatiya” ixtisası üzrə diplomatik kurslarını;

1999-2000-ci illərdə Azərbaycan Respublikası Silahlı  Qüvvələrinin Hərbi Akademiyasınin “Strateji araşdırmalar və dövlət müdafiyəsinin idarə olunması” ixtisası üzrə hərbi kurslarını bitirmişdir

1998-ci ildə Beynəlxalq Telekommunikasiya İttifaqının ABŞ-da keçirilən Səlahiyyətli Konfransında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi təyin edilmiş və Beynəlxalq Telekommunikasiya İttifaqının Yekun Aktinda Azərbaycan Respublikası adından çıxış etmək və İttifaqın Yekun Aktını imzalamaq üçün səlahiyyətli, imzaetmə huquqlu  diplomatik status verilmişdir.

RN-in Beynəlxalq Telekommunikasiya Mərkəzinin rəhbəri olaraq ABŞ, Çin, İran, Fransa, Rumıniya, Norveç, Yaponiya, Almaniya, Rusiya, İngiltərə, Tailand, BƏƏ, Pakistan, Hong Kong, Cənubi Afrika, Macarıstan, İtaliya, Türkiyə və digər Avropa və MDB ölkələrində telekommunikasiya sahəsində keçirilən toplantılarda iştirak etmişdir.

2 ədəd elmi texniki monqrafiyanın və telekommunikasiya sahəsində Azərbaycan, Rusiya, Ukrayna və Almaniyada nəşr olunan elmi-texniki jurnallarda dərc olunmuş  35 ədəd elmi-texniki məqalənin müəllifidir.

2004-2007-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının disertantı olmuş, telekommunikasiya sistemləri, şəbəkələri və qurğuları sahəsində dissertasiya müdafiə edərək, Azərbaycan Respublikası Prezidenti yaninda Ali Attestasiya Komissiyasının 17 iyul 2007-ci il tarixli qərarı ilə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

İngilis və rus dillərində  sərbəst danışır. Ailəlidir, iki övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir