“Belə getsə, qızlarımız kişi tapmayacaq” – Video. YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilovdan sərt sosial tənqid

“Belə getsə, qızlar ərə getməyə oğlan tapa bilməyəcək. Çünki onları da özlərinə bənzədirlər. Bu, böyük bir problemdir”.


Bunu Yenicag.az-a açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq,
www.kitabxana.net – Mir Cəlal Paşayev adina Milli Virtual-Elektron Kitabxananın direktoru, www.yenimedia.net portalının baş redaktoru, www.yenimediatv.az – Sosial-analitik İnternet TV-nin təsisçisi Aydın Xan Əbilov
 deyib.

O, xəyanət edən, evdən qaçıb televiziyalarda özünü ulduza çevirən qadınların qarşısında diz çökən kişilərlə bağlı sərt ittihamlar səsləndirib:

“Ərləri evdən qaçan, onları saymayan qadınları az qala sosial media və televiziya qəhrəmanlarına çevirirlər. Kişi bağışlanması üçün arvadın ayağına düşüb yalvarır. Sanki evdən qaçan, xəyanət edən qadın yox, kişi özü imiş… Kişi bunu necə özünə sığışdırır?! Atalarımızın, babalarımızın ruhu qəbirdə çevrilir axı…”

Ətraflı videonu təqdim edirik:

Cəvahir

Samir Məcidov

https://yenicag.az/aydin-xandan-sert-ittiham-bele-getse-qizlar-kisi-tapmayacaq-video 

https://yenicag.az/?p=697490

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir