Astara rayon Mərkəzi kitabxanasında kitab və mütaliə mədəniyyətinə həsr olunmuş tədbir
Sentyabrın 5-də Astara rayon Mərkəzi kitabxanasında Azərbaycan müasir ədəbiyyatının tanınmış yazıçı-publisist, maraqlı romanlar və çoxsaylı hekayələrin müəllifi, l Qarabağ müharibəsi iştirakçısı Hacı Qəni Camalzadənin seçilmiş əsərlərindən ibarət l – Vl cild kitablarının təqdimatı keçirilib.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyin – #YYSİB -nin kitabın və mütaliə mədəniyyətinin inkişafı istiqamətində neo-maarifcilik aksiyası çərçivəsində dəstək verdiyi təsbir maraqlı müzakirə formasında təşkil edilmisdi…
Tədbirdə Hacı Qəni Camalzadə,Yeni yazarlar və Sənətçilər İcma Birliyinin sədri , yazıci-kulturoloq Aydın Xan Əbilov, Astara Rayon Tarix Diyarşünaslıq muzeyinin direktoru Şahin Əliyev və əməkdaşları, Astara rayon MKS-nin direktor əvəzi Emil Baxşıyev, eləcə də əməkdaşları, həmçinin rayon ziyalıları iştirak edirdilər.

Tədbiri giriş sözü ilə Astara rayon MKS-nin direktor əvəzi Emil Baxşıyev açaraq bildirdi ki, 1956-ci ildə Lerik rayonunda dünyaya göz açmış yazıçı Hacı Qəni Camalzadə Politexnik İnstitunun bitirib. Bütün bu illər ərzində bədii ədəbiyyatla ciddi məşğul olub. Maraqlı romanlar,çoxlu hekayələrin müəllifidir. l Qarabağ müharibəsi iştirakçısıdır. Döyüş yolunda ilhamlanaraq çoxlu əsərlər qələmə almışdır. Bu gün seçilmiş əsərlərindən ibarət kitablarının oxucularla ilk görüşüdür. Biz də kitabxana ailəsi olaraq bu kitabları oxuculara tanıtmağı özümüzə borc bilirik.

Yazıçı Hacı Qəni Camalzadə kitabının təqdim edərək bildirdi ki, seçilmiş əsərlərinin birinci cildində toplanan hekayələrin əksəriyyəti müxtəlif illərdə dövri mətbuatda dərc olunub. Həm incə yumor, həm də kəskin sarkazmla yazılan hekayələrin süjetləri real həyat həqiqətlərinə söykənir. Hətta alleqorik nağıllarında da həyatilik var.İ nanıram ki,oxucularla yeni görüşü olan bu kitabım maraqla qarşılanacaq və sevilərək oxunacaq.
İctimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov çıxışnda yazıçının yaradıcılıq yolu haqqında geniş məlumat verdi.
Çıxışlarda ziyalıların dilindən döyüş ruhlu yazıçımız, müasir həyatda rast gəldiyi çətinliklərdən, onların dövrü-zaman, sosial ədalət, ailə dəyərləri haqqında düşüncələrindən bəhs etdiyini, insanın şəxsiyyətinə toxunmadan, onu alçaltmaq, yumor hissi ilə sevərək tənqid edən Hacı Qəni Camalzadə haqqında xoş ifadələr səsləndirdilər.
Yekunda yazıçımız imzası ilə Mərkəzi kitabxananın kitab fonduna yeni kitabını hədiyyə etdi.

