İNK Mərkəzi Qəragahında tanınmış nümayəndələrin iştirakı ilə təşkilatın Fəxri Fərmanlarının təqdimat mərasimi keçirildi
Sentyabrın 2-də İNK Mərkəzi Qərargahında “Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi” İB Azərbaycan mədəniyyətinin tanınmış nümayəndələrinin iştirakı ilə təşkilatın Fəxri Fərmanların təqdimat mərasimi keçirildi.
DAMMİB, SİM və İNK-in icraçı direktoru tədbiri açaraq qonaqları salamladı, sözü qurumun prezidenti Rasim Məmmədova verdi. İNK sədri – DAMMİB prezidenti, SİMİB-nin rəhbəri Rasim Məmmədovun idarə və çıxış etdiyi ictimai-mədəni müzakirə formatlı tədbirdə, eyni zamanda, DAMMİB-nin fəxri üzvlərinə təşkilatın üzvlük vəsiqələri təqdim edildi.
Xatırladaq ki, bu silsilə tədbirlərin növbətisi idi və ardıcıl olaraq belə təltifat mərasimləri baş tutacaq.




