Qəlbimizlə vuruşuruk… Sənubərdən yeni ruhsal esse…
Bəli, çox vaxt ağlımıza, düşüncələrimizə üstünlük veririk.
Niyə belə olur? Bizi yaradanmı günahkar, qəlbimizmi?
Daxili dünya ağlımızın da, qəlbimizin də hökmdarı deyilmi?
O dünyanın yapıntısı heç kimə, heç kəsə bəlli deyil.
O üzdən iradımızın gücünə arxalanaraq, ağlımızın hökmünə baş əyməliyik.
Ağıl da hər kəsə bərabərmi paylanılır? Məncə, bu da ilahi paylaşım.
Demək ki, insanlıq rəmzi. Qəlbimizin müdaxiləsinə nə ad verək?
Yaranışın sərbəst müdaxiləsi… Başqa ad tapmadım.
Çünki, yaradılanların hər birinin həyat mücadiləsi imtahan dünyasının qanunlarına daxildir. İmtahan dünyasına son verilməsini arzu etmişdim.
Mənim arzum ilahi qəraqlara güc gələ bilməz. Ancaq əməllərimizə güc gələ bilər.
Əməllərimiz isə qəlbimiz deyil, ağlımızın nəticəsi olsun.
Demək ki, imtahan dünyası bunun üçünmü?
Ürəyimizin qərarlarına ağlımız yol göstərsin və həyata keçirsin.
Əslində, hər iki dünyamız mübarizə dövrünü yaşayır. Hər ikisi insanlıq qərarı.
Demək ki, uçurumlar da, yüksəlişlər də insanlığın ilahi qiymətinə bağlı. İlahi varlığın gücünə.
Onlar da, inanmayanlar da bu ikitərəfli vuruşla üzbəüz gəlirlər.
İnanmayanlar çox böyük imtahana tuş gəldiklərini düşünürlər.
Yaşam dünyasını sonluq kimi qiymətləndirirlər.
Bu, insanlıq idrakını sonsuz itirməkdir.
Əbədi dünyanın yollarının bağlayıcısıdır.
Gəlin, ümidsiz yaşamayaq. Qəlbimizin ağıl dünyasından yararlanmasına imkan verək.
Sonunun möhtəşəmliyini görək, zövq alaq…
Sənubər Səhər

