İnsan var qızıl qədər dəyərli… Şairə, QHT sədri Gülayə Könülə yazılanad günü qeydləri. Aydın Xan Əbilov yazır
.Elələrindən biri də, srağagün ad gününü qeyd edən tanınmış şairə, publisist, “Qayğı və Himayə” Fondunun prezidenti, çoxsaylı kitablar və dillərəzbəri şeirlər müəllifi dəyərli dostum Gülayə Rzayeva – Könüldür.
İllər ötdükcə, dostluğumda olan bu dəyərli xanımın qızıl kimi qiymətinin necə yüksəldiyinin fərqindəyəm: heç vaxt öyrənməyə həvəsdən düşməyən, müxtəlif layihələri ilə cəmiyyəti qabağa aparmağa çalışan, şeirləri, yazıları, kitabları ilə qəlbləri məftun edən Gülayə xanımın ad gününə gec qələmə aldığım bu qeydlərlə əziz və dəyərli dostumun xətrini dünyalarca istədiyimi vurğulamaq məqaməna düşür…
İllər ötür, həyatına daxil olanların, eləcə də soxulanların əksər hissəsi bu və digər səbəblərdən yox olur, ömründən kənara atırsan, sevmirsən, nifrət edirsən, cəhənnəmə tullayırsan, fəqət qəlbində izisilinməz şəxslərsaxlayırsan və yaşadıqca, onların dəyərini öz sevgin, sayğın və dostluğunla ödəyirsən, bax elə şəxsiyyətlərdəndir Gülayə xanım. Onunla hansısa bir məsələ ətrafında, layihələrdə, tədbirlərdə, mübahisələrdə dalaşmaq belə adama xüsusi zövq verir.
Halal adamdır, istedadlı şəxsdir, həssas insandır, amma mənim həm də ən çox sevdiyim cəhəti onun məharətli, ürəyəyatan, şeiriyyət dolu səsidir. Həyatımdakı hər kəsdə bir cəhəti xoşuma gəlir, Gülayə xanımın seviləsi, sayğılası çox tərəfi varsa, o da onun səsində dinlədiyim şeirləridir: o poeziyası ki, insana, vətənə, torpağa, şəhidlərə, həyata sevgi dolu nur saçır…
Gülayə Könül, çağdaş Azərbaycan ədəbiyyatında – şeirində poetik nəfəsi sezilən xanım yaradıcı şəxslərimizdəndir: bir az həssalığı, bir qədər kreativ tənbəlliyi, daha çox utancaqlığı, eləcə də həyasını-ismətini qoruması onu gözəşarpan şairlər sırasında geri sıralara atsa da, məncə bu imza artıq ədəbi mekanımızda özünəməxsüs yerini tutub, həm də möhkəmləndirib…
Gülayə xanım, o şəxslərdəndir ki, rahatca başqalarına onu təqdim edə bilirsən: “Mənim sadiq dostum, həm də istedadlı şairdir!” Düşünürəm ki, belə şəxslər bizi əhatələyirsə, bu həyartda yaşamaqdan zövq almağa dəyər: çünki onlar bizim ətrafımızı və ruhumuzu zənginləşdirirlər…
100 il yaşayın, dəyərli dost, istedadlı şairə, fəal ictmaiyyətçi, faydalı şəxsiyyət…

