İki məhşur arasında gərginlik: istedadlı müğənni Ofelya Şabanova ultrageyimi ilə qalmaqala səbəb olmuş Nigar Camalı sərt qınadı…

Yenimedia.net portalı xəbər verir ki, istedadlı müğənni Ofelya Şabanova ultrageyimi ilə qalmaqala səbəb olmuş Nigar Camalı tənqid edərək mediaya açıqlama verib. Açıqlamanı olduğu kimi təqdim edirik.

İlk olaraq deyim ki, xarici ölkədən olan məşhur bir psixiatrın gözəl sözü var: ” 30 yaşından sonra insanın xarakterini dəyişmək mümkün deyil”.

Vaxtilə mən belə bir fikir bildirmişdim: “Yaxşı olardı, xanəndələr və xalq mahnılarının ifaçıları da estrada müğənniləri kimi bir-birlərinə dəstək ola biləydilər…”
Mən bu mövzuda bitərəf olsam da, subyektiv olaraq öz fikirlərimi bildirmək istəyirəm. Mən əhalisinin əksər hissəsinin müsəlman olduğu Azərbaycan Respublikasında yaşayıram və bununla da fəxr edirəm. Bəzi “qadınlar” özlərinə haqq qazandırmaq üçün “geyim əxlaq ölçüsü deyil” bəhanəsi ilə sığortalanırlar. Xeyr, geyim, əynindəki paltarlar birbaşa əxlaq ölçüsüdür. Ataların gözəl məsəli var: “Geyimi ilə qarşılayıb, danışığı ilə yola salarlar”. Geyimin mərifətli olsun ki, səni yaxşı qarşılasınlar.

Qalmaqalları ilə yadda qalmağa meyilli müğənni Nigar Camal uzun müddətdir Avropada yaşadığı üçün avropalıların adətlərini götürüb. Amma unutmayaq ki, biz Qarabağda qanımızla tarix yazan şərəfli, qeyrətli ölkənin vətəndaşlarıyıq. Vaxtilə isə sabiq sovetlər dönəmində 15 respublikaya örnək olan xalq olmuşuq. İndi, görəsən, bizə nə oldu?!
Heç yadımdan çıxmaz. Uzun illər öncə Pakistan prezidenti və Pakistanın dövlət xadimləri Azərbaycana rəsmi səfərə gəlmişdilər. Bizim kanallardan biri pakistanlı gənc deputat xanımdan ölkəmiz haqqında müsahibə alırdı. Deputat xanım dedi: “Mən Azərbaycana gələndə fikirlışdim ki, inkişaf etmiş müsəlman ölkəsidir, daha çox işgüzar xanımlara çox rast gələcəm. Amma təəssüflər olsun ki, işgüzar xanımlardan çox açıq-saçıq görüntüləri ilə bizi təəccübləndirən qadınlara daha çox rast gəldik..”
O zaman gənc idim və pakistanlı xanımın fikirləri mənə çox pis təsir etmişdi. Günlərlə o fikir məni düşündürdü, bəzən isə əlimi çox şeydən soyudurdu.
Düşünürdüm: niyə axı, nə üçün belə olmalıyıq? Səhnədə məgər soyunmadan ifa etmək, sənət göstərmək olmur?! Bəzən bir çoxları anlamır ki, məhşurlaşmaq hisslərin övladlarının, yaxınlarının başını açağı edə bilər. Övladlarınız sizlərin səhvi ucbatından əzab çəkə bilərlər. Bunu hər kəs başa düşməli və yaxşı anlamalıdır.

İndi bu mövqeyimə görə kimlərsə deyəcək: Ofelya köhnə fikirlidir. Əsla belə deyil. Çılpaq görünmək müasirlik deyil. Müasirlik sənin sağlam düşüncələrin olmalıdır. Efirdə görünən hər bir kəs anlamalıdır ki gənclər, yeniyetmələr sizə baxır. Bu hərəkətlərinizlə yeni nəsil necə nümunə ola bilərsiz?!.

Gəncləri yolundan azdıran belə hərəkətlər, olaylar bizim xalqa lazım deyil. Amma ümid edirəm ki, tezliklə bizim ölkədə etikadan kənar danışanlara, qeyri-etik geyinənlərə, ümumiyyətlə, hərəkətləri və paltarları ilə əxlaqsızlığı təbliğ edənlərə qarşı ciddi tədbirlər görüləcək. Hər şeyin bir sonu var, unutmayaq ki, bəzi ölkələrdə belə hərəkətlərə görə cəza mexanizmləri işə salınıb, hətta sənət adamları öz vətənindən didərgin düşüb.

İnanıram ki, sənətçi həmkarlarım bir daha belə yanlışlıqlara yol verməz, soyunub səhnəyə çıxmaqla deyil, özlərinin ifaçılıq məharətilə bizi heyrətləndirməyə çalışacaqlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir