“Qarabağ turizmin və yaşıl enerjinin strateji mərkəzinə çevrilir”. Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafa lokomotiv olacaq. QHT sədri İradə Həsənova

QHT sədri: “Qarabağ turizmin və yaşıl enerjinin strateji mərkəzinə çevrilir”

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının həm enerji, həm də turizm baxımından böyük potensiala malik olması bu ərazilərin ölkənin sosial-iqtisadi inkişafında strateji rolunu daha da artırır.

Bu fikirləri Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova portalımıza verdiyi açıqlamada bildirib:

“Qarabağın turizm potensialı da olduqca zəngindir, burada ekoturizm, dağ turizmi, qış turizmi, ov turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar vardır. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərdə turizm sahəsinin inkişaf strategiyası və konsepsiyası hazırlanmışdır. Kəlbəcərdə ənənəvi turizmdən əlavə, qış və sağlamlıq turizminin inkişafı mümkündür Azərbaycanın qədim tarixə malik olan bu bölgəsi özünün flora və faunası, mətbəxi, tarixi mədəni-dini abidələri, qədim qalaları, körpüləri, meşələri, bulaqları və s. ilə turistləri cəlb edəcək. Təbii ehtiyatlarla zəngin olanŞərgi Zəngəzur həm də müxtəlif növ ekstremal turizm, aqroturizm, yaşıl turizm təşkil etmək olar. Bütün bunlar turizmin inkişafı üçün geniş perspektivlər yaradır. “İstisu” kurortuna üz tutan istər yerli, istərsə də xarici turistlər hava limanlarından istifadə etməklə səyahətlərini daha rahat və asan gerçəkləşdirə biləcəklər”.

QHT sədri bildirib ki, quruculuq işləri aparılarkən flora və faunaya zərər vurulmamalıdır.Bu ərazilərdəki meşələri qorumaq və onun qırlmasına yol verilməmələdir:

“Ətraf mühitimizi qorumaq ən vacib məsələlərdən biridir. Quruculuq işləri aparılan ərazilərdə də yeni yaşıllıqlar salınmalıdır”.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafa lokomotiv olacaq

Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova açıqlamasında onu da bildirib ki, Laçın və Kəlbəcərdən Naxçıvana qədər uzanan geniş ərazini əhatə edən Zəngəzur yaylasının şərq hissəsində yerləşən rayonların – Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcərin – tarixən sosial-iqtisadi və mədəni baxımdan bir-biri ilə sıx bağlı olması onların vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.

QHT sədri bildirib ki, 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olan bu ərazilər uzun illər ərzində birgə inkişaf yolu keçib və bu coğrafi, tarixi birlik bölgənin gələcək planlaşdırılmasında da nəzərə alınmalıdır:

“Qeyd etməliyik ki, 30 il ərzində işğalçı Ermənistan tərəfindən talan edilmiş, şəhər və qəsəbələri yer üzündən silinmiş Şəegi Zəngəzur   yenidən qurulur, dirçəlir, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi siyasi mərkəzə çevrilir. 2022-ci ildən uğurla icra edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində əsasən 4 hədəf göstərici qrupu – infrastruktur, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf və ətraf mühitin tarazlı inkişafı üzrə işlər davam etdirilir”.

İradə Həsənovabildirib ki, bütövlükdə, azad edilmiş torpaqlarımızın həm istehsal, həm də kənd təsərrüfatı potensialı böyükdür. Bu baxımdan, bərpa işlərindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanda iqtisadi inkişafa xüsusi töhfə verəcək, inkişafın yeni lokomotivinə çevriləcək:

“Bərpa prosesindən sonra həmin bölgələrimizdə məhsul istehsalının formalaşması Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatındakı payının 8 faizədək yüksəlməsinə gətirib çıxaracaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir