Yazıçı, veteran Hacı Qəni Camalzadə ilə Qusar şəhərində unudulmaz görüş

8 İyul 2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayon Mərkəzi Kitabxanasında yazıçı, publisist, ədəbiyyat həvəskarlarının sevimlisi Hacı Qəni Camalzadə ilə mənalı bir görüş keçirilib.


Tədbirdə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi, Mədəniyyət müəssisələrinin rəhbərləri, Gigiyena və Epidemologiya Mərkəzinin direktor və kollektivi, yerli yazarlar, Uşaq və Gənclər Birliyinin müəllim və şagirdləri, fəal oxucular və kitabxanamızın əməkdaşları iştirak etmişlər.
Görüş zamanı müəllifin yaradıcılığı, publisistik fəaliyyəti və ədəbi baxışlar barədə geniş söhbət aparıldı. Oxucularla səmimi müzakirələr sual-cavab formatında fikir mübadilələri tədbirə xüsusi rəng qatdı.
Görüşdə Qəni müəllimin müxtəlif illərdə qələmə aldığı əsərləri, xüsusilə Vətənə, xalqımıza, tariximizə və mənəvi dəyərlərimizə həsr olunmuş yazıları haqqında geniş məlumat verildi.
Kitabxana oxucuları və tədbir iştirakçıları yazıcıya dərin təşəkkürlərini bildirdilər.
Əməkdaşımız tərəfindən əlnənəsmlə çəkilmiş Qəni Camalzadqnin portreti hədiyyə olaraq təqdim olundu, xatirə şəkilləri çəkildi. Belə görüşlərin davamlı olmasını arzulandı.
Ədəbiyyat ruhumuzu yaşadır – belə görüşlər isə bu ruhun qidalandığı mənbədir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir