İran–İsrail müharibəsi münaqişəsi: Şərqə qarşı yeni “Səlib savaşı” açılıb?! Ekspert Ramal Əliyev yazır

Bu gün İran–İsrail müharibəsi məsələsi sünni-şiə ixtilafları — “möhürlə namaz qılmaq, əli açıq və ya əli bağlı namaz qılmaq, müvəqqəti nigah” v. s. kimi məsələlər deyil. Bu, ümumilikdə İslam ümmətinə aid olan bir məsələdir. Bu müharibəyə məzhəblər pəncərəsindən baxmaq bəsit və yanlış prizmadır. İranda 30-40 milyondan çox soydaşımız yaşayır və orada yalnız şiələr deyil, həm də sünnilər də yaşayırlar.

İranın İsrail tərəfindən dağıdılmasına sevinən bəzi vətəndaşlarımızı görəndə adam çaşqınlıq keçirir. Uşaq qatillərinin tərəfində necə dayanmaq olar? İsrailin tuşlandığı silahın vurduğu hədəfə sevinmək zülmdür.
İranın məhv olması növbəti hədəfin Pakistan, sonra isə Türkiyə olması deməkdir. ABŞ–Qərb–İsrail koalisiyası güclü, nüvə silahına sahib müsəlman dövləti görmək istəmir.

Bu müharibə Azərbaycan olaraq bizim üçün ciddi siyasi, iqtisadi və bioloji fəsadlar törədə bilər. Əgər İranın nüvə zavodları vurularsa, ölkəmizin cənub bölgələri radiasiya təhlükəsinə məruz qala bilər. İranla olan milyardlarla dollarlıq ticarət dövriyyəsi kəskin azalacaq. Çindən Bəndər-Abbas limanı vasitəsilə gətirilən məhsulların daşınmasında böyük problemlər yaranacaq. Bundan əlavə, ölkəmizə milyonlarla iranlı soydaşımızın kütləvi axını baş verə bilər.

Bütün bunları nəzərə alaraq, bir qədər dərindən düşünməyimiz vacibdir. İsrailin verdiyi “balda” zəhərin olmasını bilməliyik.

P.S. “İsrail bizə silah satıb, vətən muharibəsində yanımızda olub kimi” nağılları dinləməyə ehtiyac yoxdur. Heç kim bizim qara qaşımıza, gözümüzə aşiq deyil. Silahı pulla almışıq və bunun arxasında açıq-aşkar siyasi və iqtisadi maraqlar dayanır.
Allah ümmətimizi,millətimizi qorusun. Amin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir