“Qadın taksidə arxa oturacaqda otursaydı, bu hadisənin şahidi də olmazdı” – YYSİB sədri, ictimai xadim, yazıçı-kulturoloq Aydın Xan Əbilovdan münasibət
“Gününün az qala 18 saatını taksi sürməklə məşğul olanları da nəzərə alaraq, qadın sərnişin məhz arxa oturacaqda oturmalı idi”.
Bu fikirləri Patrulaz.az-a açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Mir Cəlal Paşayev adına www.kitabxana.net Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov paytaxtda “manatlıq taksi” sürücüsünün qadın sərnişinin yanında əxlaqa zidd hərəkətlər etməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu hadisədə təkcə kişinin əxlaqa zidd hərəkəti deyil, eyni zamanda bir sıra sosial və mənəvi problemlər də özünü göstərir:
“Son illər ölkəmizdə müxtəlif hadisələr baş verir və bu hadisələrin əksəriyyətində taksi sürücülərinin iştirakı ilə bağlı hallara tez-tez rast gəlinir. Taksi sürücüsünün öz sərnişininə əxlaqsız hərəkət etməsi kimi halların qarşısı hüquq-mühafizə orqanları tərəfindən İnzibati Cinayət Məcəlləsinə əsasən çox sərt şəkildə alınır. Biz tez-tez bu və ya başqa məsələlərlə bağlı taksi sürücülərinin həbs olunmasının şahidi də olmuşuq. Hətta biz onların ictimai sürətdə zərər verdiyi şəxslərdən üzr istədiklərini də görürük. Lakin bəzi hadisələrə təkcə hüquqi yox, eyni zamanda sosial mənəvi baxımdan da yanaşmaq vacibdir. Sürücünün öz azyaşlı övladının gözü qarşısında əxlaqsız hərəkət etməsi təkcə hüquq pozuntusu deyil, birbaşa cəmiyyətin mənəvi dəyərlərinə zidd bir davranışdır. Baş vermiş bu hadisəylə bağlı bir neçə məsələ ortaya çıxır. Birincisi, istənilən şəxsə qarşı əxlaqsız və seksual xarakterli davranışlar hüquq olaraq qınanmalıdır. İkincisi, ictimai nəqliyyatda sürücü və sərnişin arasında etik davranış qaydalarının pozulması ictimai nəqliyyat və daşınma mədəniyyətində baş verən ciddi qüsur kimi qiymətləndirilməlidir”.
Aydın Xan Əbilov xüsusilə taksi sürücülərinin gün ərzində üzləşdiyi çətinlikləri əsas gətirərək, baş vermiş bir çox hadisələrdə əsasən kişilərin qınaq obyektinə çevrilməsini ədalətsiz sayır:
“Eyni zamanda, bu hadisədə bəzi müəmmalı məqamlar da var. Məsələn, xanım sərnişinin hansı səbəbdən avtomobilin məhz arxa deyil, ön oturacağında əyləşməyi seçməsi sual doğurur. Gününün az qala 18 saatını taksi sürməklə məşğul olanları da nəzərə alaraq, qadın sərnişin məhz arxa oturacaqda oturmalı idi. Bəzən baş verən hadisələrdə daha çox kişilər öz hərəkətlətinə görə qınaq obyektinə çevrilirlər. Lakin bəzi qadınlar var ki, həddən artıq qısa, açıq paltarlar geyinməklə gənc kişilərin hissiyyatına toxunaraq, onları qıcıqlandırmağa çalışırlar. Yəni, bu hadisənin hüquqi tərəfi ilə yanaşı, sosial mənəvi tərəflərinə də toxunmaq lazımdır. Sosialoji aspektdə yanaşdıqda isə getdikcə ölkəmizdə taksi sürməklə məşğul olan çox böyük bir “əlillər ordusu”nun yaranacağını görə bilərik. Çünki onların əksəriyyəti günün 15-18 saatını sükan arxasında keçirirlər, normal istirahəti və düzgün qidalanma imkanlarından məhrum olurlar. Bu da onların psixoloji durumuna mənfi təsir göstərir. Əlavə olaraq, bir tərəfdən polis cərimələr və qayda pozuntularına görə təzyiqlər də onların işini daha da çətinləşdirir. Bunların üstünə, hərşeyə “forslanan” bəzi sərnişinlər də taksi sürücülərinin psixologiyasını pozmağa cəhd edərək, onları qıcıqlandırırlar”.
Prezident təqaüdçüsü qadın sərnişinin həmin anları telefonla lentə almasının doğru olub-olmaması məsələsinə də münasibət bildirdi:
“Bu məsələyə hərtərəfli yanaşmaq lazımdır. Lakin hüquq qadının tərəfindədirsə, onun haqlı tərəfi ondan ibarətdir olacaq ki, bu məsələni videoya alaraq, ictimailəşdirib. Əgər qadının məqsədi həqiqətən də baş vermiş qeyri-etik davranışı ifşa etməkdirsə, bu, cəmiyyət üçün bir xəbərdarlıq kimi qiymətləndirilə bilər. Lakin əgər bu video əvvəlcədən düşünülmüş planla çəkilibsə, bu zaman vəziyyət tamamlanması dəyişə bilər. Çünki taksi sürücülərinin əksəriyyəti 18-35 yaş ərəfəsində olanlardır. Onların bəzisi ya boşanmış, ya da rayonlardakı ailəsinə görə, paytaxda çörəkpulu qazanan şəxslər olurlar. Məni qorxudan əsas məsələ ondan ibarətdir ki, qadınlar kişilərə qarşı olan bu cür total mübarizəni davam etdirməsi, bir də göstərəcək ki, ölkəmizdə ümumiyətlə normal kişi qalmayıb. Çünki vaxtıykən qızlara söz atan “qədeşlər”i o qədər tənqid etdilər ki, indi heç cavan oğlanların bir çoxu xanımlara diqqət belə etmirlər”.
Yazıçı-kulturoloq Aydın Xan Əbilov yayılan kadrlara əsasən azyaşlı uşağın atasının yanında, taksidə olmasına da münasibət bildirib. O qeyd edib ki, valideynlərin uşaqları ilə birlikdə bu sahədə çalışması nadir hallarda rast gəlinən haldır və əgər sürücü övladı ilə işləyirdisə, bu, onu belə bir addıma sövq edən ciddi sosial səbəblərin olduğunu göstərə bilər:
“Bu hadisədə xüsusilə diqqət çəkən məqam isə uşağın taksidə olmasıdır. Valideynlərin uşaqları ilə birlikdə bu sahədə çalışması çox nadir hallarda baş verir. Əgər sürücü övladı ilə işləyirdisə, deməli onu bu addıma vadar edən ciddi sosial səbəblər olub. Eyni zamanda, müasir dövrdə cəmiyyətdə qeyri-adi cinsi oriyentasiyalara malik şəxslərin sayının artdığı müşahidə olunur. Bu vəziyyət bəzi valideynlərdə narahatlıq doğurur, çünki gələcəkdə qız uşaqlarını evləndirmək üçün normal həyat tərzi sürən oğlan tapmaq çətinləşə bilər. Bir sözlə, gələcəkdə Azərbaycan da Avropanın hansısa ölkəsinə çevriləcək kimi ola bilər”.
Yazıçı-kulturoloq sürücünün ictimai nəqliyyatda, özü də azyaşlı övladının və qadın sərnişinin yanında əxlaqsız hərəkət etməsini və bu kimi halların artmasını dövlət qurumları arasında interaktiv əməkdaşlığın zəif olmasında görür.
“Bütün bunların hamısında rəsmi qurumların yalnız inzibati-normativ qanunvericiliyə söykənməsi, o cümlədən QHT və psixoloqların, mədəniyyət xadimlərinin bu yöndə ələqələr yaratmaması cəmiyyətdə bu kimi problemlərin yaranmasına səbəb olur. Əlbəttə, əxlaqsızlıq varsa, onun cəzası da olmalıdır. İnanıram ki, hüquq-mühafizə orqanları xanının iddia etdiyi kimi həmin taksi sürücüsünü cəzalandıracaq. Ancaq mənim vurğuladığım sosioloji məsələləri də unutmaq olmaz”.
Prezident təqaüdçüsü eyni zamanda, bu cür halların azalması üçün cinsi tələbatın qanuni və təhlükəsiz şəkildə qarşılanmasına yönəlmiş alternativlərin, məsələn, bəzi xarici ölkələrdə olduğu kimi intim xidmət müəssisələrinin yaradılmasının da nəzərdən keçirilməli olduğunu təklif edir. Onun fikrincə, gənc kişilərin cəmiyyətdə təzyiq və qınaq obyekti olmadan öz tələbatlarını təmin etməsi, ümumi psixoloji gərginliyin azalmasına da müsbət təsir göstərə bilər:
“Ümümiyyətlə baş vermiş hadisədə taksi sürücülərini çox qınayacaqlar. Amma qadın ön oturacaqda oturmasa idi, heç bu hadisənin şahidi də olmazdı. Əgər kişi yolda bir gözəl qadını gördükdən sonra onun hissiyyatında oyanış baş veribsə, nəticədə öz cinsiyyət orqanına toxunmuşdursa və bu proseslər gedərkən qadına heç bir təklif, seksual-qısnaması olunmayıbsa, o zaman bütün bunların qarşı tərəfə heç bir aidiyyəti olmamalıdır. Əslində bu kimi məsələlər mübahisəlidir. Avropada da tanınmış şəxslərin seksual-qısnamaları ilə bağlı kifayət qədər xəbərlərlə rastlaşırıq. İstənilən halda, hüquq-mühafizə orqanları baş verən hadisələri yalnız qanunun sərt tərəfi ilə qiymətləndirməməlidir. Gənc oğlanların çoxsu boşanmış olurlar. Buna görə də onların seksual tələbatları necə ödənməlidir? Bu kimi halları azaltmaqdan ötrü qardaş Türkiyədə olduğu kimi ölkəmizdə də intim xidmətlər göstərən müəssisələr açılmalıdır. Bunun nəticəsində də gənc kişilər də öz tələbatlarını təmin edə bilsinlər. Hamını bu kimi hallara görə, həbs etmək, qınaq obyektinə çevirərək biabr etmək düzgün deyil. Bu hadisədə mənəviyyatla hüquq məsələləri qarşı-qarşı gəlir. Düşürəm ki, ictimaitdə bununla bağlı çox ciddi polemikalar aparmalıdır”.
Gülbəniz Səfərova

