Şabranda tanınmış yazıçı-publisist, I Qarabağ muharibəsinin iştirakçısı Hacı Qəni Camalzadə ilə növbəti görüş
10 iyul 2025-ci il tarixində Şabran rayon MKS-nın dəstəyi ilə Şabran rayon Mərkəzi Kitabxanasında yazıçı- publisist, birinci Qarabağ muharibəsinin iştirakçısı Hacı Qəni Camalzadə ilə kitabxana əməkdaşları, şəhid ailələri və oxucular arasında növbəti görüş keçirilib.

Ədəbi-mədəni müzakirə formatında təşkil olunan görüşü Xaqani adına Şabran poeziya evinin drektoru şairə Aybəniz Əliyar aparırdı. Hacı Qəni Camalzadənin həyat və yaradıcıllığı haqqında məlumat verildikdən sonra AYB-nin, AJB-nin üzvü, “Ekoloji xəbəriçi” qəzetinin baş redaktoru şair Şahin Həmidliyə söz verildi. Şair-publisit Sahin Həmidli Qəni Camalzadəyə həsr etdiyi şeirini oxudu, yazıçının yaradıcıllıq xüsusiyyətlərindən danışdı.
Şabran ədəbi məclisinin sədri Bayram Novruzlu, birinci Qarabağ muharibəsinin iştirakçısı Bağdad
Bəhrəmov, yazıçı Vüsalə Anar, Heydər Əliyev Mərkəzinin direktoru Təvvəkül Əliyev, şəhid anası Zeynəb Şükürova, Şabran rayon Mərkəzi Kitabxanının drektoru Firəngiz Aslanova çıxış edərək Hacı Qəni Camalzadənin yaradıcıllıqı haqqında ürək sözlərini və xoş arzularını bildirdilər.
Sonra söz tədbirin əsas səbəkarı – yazıçı- publisist, birinci Qarabağ muharibəsinin iştirakçısı Hacı Qəni Camalzadəyə verildi. Yazıçı dilin, ədəbiyyatın, kitabın, mütaliənin, təbliğatının vacibliyi barəsində, eləcə də yaradıcıllğı və gələcək planları haqqında geniş məlumat verdi. Daha sonra tanınmış nasir oxucuların çixsaylı suallarını cavablandırdı.
Tədbirin sonunda yerli şairə Aybəniz Əliyar
bir neçə şeirini oxudu.
Tanınmış yazıçı- publisist, birinci Qarabağ muharibəsinin iştirakçısı Hacı Qəni Camalzadəilə Şabranda keçirilən növbəti görüş də silsilə tədbirlər kimi səmərəli və maraqlı şəraitdə keçdi.
Sonda xatirə şəkilləri çəkildi, müəllifin “Seçilmiş əsərləri” kitabxanaya hədiyyə edildi.
Şahin Həmidi.

