Paşinyanın bayram təbriki. Məqsəd nədir?

Nikol Paşinyanın bu təbriki, əlbəttə ki, Azərbaycanla barış və əməkdaşlıq mesajı kimi simvolik çalar kəsb edir. Ermənistan-Azərbaycan münasibətlərində son aylarda müşahidə olunan müsbət dinamikanın tərkib hissəsi kimi də qiymətləndirilə bilər. Bu addım sülh sazişi ilə bağlı gedən proseslər, sərhədlərin delimitasiyası sahəsindəki razılaşmalar və kommunikasiya xətlərinin açılması təşəbbüsləri fonunda yeni mərhələnin başlandığının əyani göstəricisidir”.

Bu sözləri Yebisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova deyib. O, bildirib ki, Azərbaycanın dini dəyərlərinə, inanclarına hörmət mənasında da bu jest mühüm əhəmiyyət daşıyır:

“Nikol Paşinyanın bu təbriki, əlbəttə ki, Azərbaycanla barış və əməkdaşlıq mesajı kimi simvolik çalar kəsb edir. Ermənistan-Azərbaycan münasibətlərində son aylarda müşahidə olunan müsbət dinamikanın tərkib hissəsi kimi də qiymətləndirilə bilər. Bu addım sülh sazişi ilə bağlı gedən proseslər, sərhədlərin delimitasiyası sahəsindəki razılaşmalar və kommunikasiya xətlərinin açılması təşəbbüsləri fonunda yeni mərhələnin başlandığının əyani göstəricisidir. Həmçinin Azərbaycanın dini dəyərlərinə, inanclarına hörmət mənasında da bu jest mühüm əhəmiyyət daşıyır. İllər boyu erməni anomaliyalarından əziyyət çəkən xalq olaraq, bu cür təbrik həm bizim, həm də etiraf edək ki, elə ermənilərin özləri üçün də müstəsna haldır. Bu cür jestlər davamlı xarakter alsa və ardınca konkret siyasi və hüquqi addımlar gəlsə, bu, yəqin ki, Cənubi Qafqazda yeni bir münasibətlər sisteminin – post-münaqişə dövrünün əsasının başlanğıcı olacaq”. 

Millət vəkili vurğulayıb ki, Azərbaycan prezidenti belə jestləri illərdir sərgiləyir:

“Qaldı ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin də belə jest eləmək gözləntisinə, belə jestləri ölkə başçısı illərdir sərgiləyir. Elə sülh sazişinin imzalanması ilə bağlı daim güzəşt mövqeyində olması, səbr və təmkin nümayiş etdirməsi onun iki dövlət arasında barışıq əldə edilməsinə nə qədər maraqlı olmasının sübutudur. İlham Əliyev tolerantlığı və multikultural dəyərləri prioritetə çevirən unikal liderlərdəndir. Daim öz sülhə dəvət jestləri ilə örnəyə çevrilib. Əslində, Paşinyanın təbrik mesajını doğuran zəmin elə Prezident İlham Əliyevin qətiyyətli lider obrazıdır ki, bu gün bunun bütün məna və səciyyələrdə müsbət nəticələrini görürük”.

Nazim Hacıyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir