Ağ xalatlı mələk… – Leyla Məcidova yazır

O, insan axınında heç də öz qeyri-adiliyi ilə seçilmir.

Hansısa bir ünvana tələsir. Bu ünvanda onu gözləyən xəsdə ana və ananın taleyi üçün narahat olan, baxışlarını yoluna dikən ailə var. Həkimi görən kimi gözlərdəki nigaranlıq, üzlərdəki narahatlıq yox olur. Bilirlər ki, onun gəlişi ilə evə, ailəyə işıq gəlir. Həmişəki kimi xəstəni ilkin müayinə edir, tövsiyyələrini verir. İlk tibbi yardımdan sonra onu təcili xəstəxanaya çatdırmayı məsləhət görür. Lakin özünü də, narahatlıq tərk etmir. Axı ana həyatının xilası və dünyaya gətirəcəyi sağlamlığı məhz onun şəfalı əlindədir…
Lənkəranda hamının yaxşı tanıdığı təcrübəli həkim -ginekoloq Rəisə xanım haqqında yazmaq istəyəndə öncə bu hissləri keçirtdim. Bu təsadüfi deyil. Çünki analar,anası sayılan bu həkim bütün varlığı ilə çətin olduğu qədər də, şərəfli olan peşəsinə bağlıdır. Onun üçün əsas meyar Hippokrat andına sədaqətdir. Həkimlik fəaliyyətinə başladığı ilk gündən indiyə qədər bu anda sədaqətini layiqincə qoruyur. Ötən illər ərzində necə deyərlər, yenilməz döyüşçü kimi anaların, uşaqların sağlamlığı keşiyində durub.
Söhbət zamanı müasir tibb elminin nailiyyətlərini , respublikada səhiyyənin inkişafını önə çəkən həkim-ginekoloq öz fikirlərini bizimlə bölüşüb dedi:

-Tibb işçilərinə insanların sağlamlığı etibar edilib. Xəstənin müalicəsi ilk növbədə dəqiq həkim müayinəsindən başlanılır. İndiki müasir tibbi aparatlar əvvəllər öhdəmizdə yox idi. Biz çox vaxt xəstələrin öz narahatlıqlarıilə bağlı şikayətləri əsasında xəstəliyi təyin edərdik. Ana və uşaq ölümü halları çox olardı.İndi isə biz tibbin ildən-ilə inkişafı dövründə yaşayırıq. Müasir tibbi aparatlarla xəstəliyi dəqiq təyin etmək xeyli asanlaşıb. Lakin bütün bunlara baxmayaraq bəzən həkim səhlənkarlığı, etinasızlığı xəstələr üçün baha başa gəlir.Elə bilirəm ki, hər bir insan seçdiyi peşəsini nəinki sevməli, hətta onunla nəfəs almalı , yaşamalıdır. Tibbi fəaliyyətim dövründə saysız-hesabsız xəstələri müalicə edib həyata qaytarmışam. Həmişə düşünmüşəm ki, həyat insanabir dəfə verilir. Əgər sağlamlığın keşiyində durmuruqsa , demək hər şeydən öncə öz peşəmizə xəyanət etmiş oluruq.
Rəisə xanım əvvəllər Lənkəran Mərkəzı Xəstəxanasında həkimlik fəaliyyətinə başlamış burda da xəstələrin sevimlisınə çevrilmişdi. Onun işinə məsuliyyətlə yanaşması,bir çox həkimlərdə ona qarşı, qısqanclıq hissinin yaranmasina gətirib çıxarırdı. Heç bir çətinlikdə ruhdan düşməyən Rəisə xanım şərəfli həkimlik peşəsini “Lənkəran Hərbi Qospitalında” davam edərək, həkim-ginekoloq kimi çalışıb. Hazırda Medikal Özəl Tibb müəssisəsində işləyir.
Təcrübəli həkim-ginekoloq 70-ə yaxın yaşı olmasına baxmayaraq sevimli peşəsindən ayrıla bilmir. Hazırda Lənkəran şəhərində “RAEV” adlanan ailə, uşaq sağlamlıq mərkəzi yaradıb. Yeni yaradılmış bu sağlamlıq ünvanına müraciət edənlərin sayı gündən günə artır. Çünki müraciət edənlər çox yaxşı bilirlər ki, bu sağlamlıq ünvanında bütün ömrü boyu ailələrə sevinc bəxş edən, ömürlərə ömür qatan,tanınmış fədakar qadın, qızıl əllər sahibi həkim-ginekoloq çalışır. Bu, adı dillər əzbəri olan Rəisə xanımdır. Mərkəzin açılışında çıxışı zamanı Rəisə xanımın kövrələrək dediyi sözlər,hər birimizi kövrəltdi. 15 il əvvəl düçar olduğu, amansız xərçəng xəstəliyindən müalicə aldıfı zaman Allahla rabitəsi zamanı istəyi o, olub ki, sagalandan sonra yaşayacaq ömrünü, yenə xalqına,ona ehtiyyacı olan insanların yolunda xərcliyəcəkdir. Ən böyük arzusuda Cənub qadınlarının rahatlığı üçün mərkəz açmaq olub. Ulu Tanrıya şükürlər olsun ki,bu gün Rəisə xanımın arzusu reallaşıb, mərkəz açılaraq qadınlarımızın rahatlığı üçün hər cür şərait yaradılaraq,istifadəyə verilib. Lənkəran səhiyyəsində xüsusı yeri olan Rəisə xanım qeyd edır ki,bu günkü naliyyətlərinə görə ilk növbədə, çalışdığı məkanlarda, insanların onun əməyinə verdiyi dəyərə, Allahın ona ayırdığı ömür payında, xəstə olduğu zamanlarda ona hər zaman dəstək olan, sevimli həyat yoldaşı Qadir müəllimə, həkimlik peşəsini ləyaqətlə davam edən, uzaq Almaniyada, Azərbaycan adını hər zaman uca tutan böyük qızıJalə xanıma, ”Prayım” hospitalında mama –genikoluq işləyən kiçik qızı Şölə xanıma borcludur.

Rəisə xanımın Tanrının ona ayırdıgı 3 nəvə payı var. Sevimli həkimimi yubleyı münasibətilə ürəkdən təbrik edirəm,uğurlarına sevinirəm. Allah ömrünüzə bərəkət versın doğma insan.

Həkim

Peşənə bağlandın sən ki, ilk gündən,
Aldın öz payını bol-bol gülüşdən.
Keçsə də ağrısı sənin qəlbindən,
Xəstələr olubdu sirdaşın həkim.

Olub ki, yuxuna haram qatmısan,
Ya da səksəkədə hərdəm yatmısan.
Fəqət neçə ömrə, ömür qatmısan,
Ağrıyla yüklənib yaddaşın həkim!

Müqəddəs andındır, Hippokrat andı,
Ayaq dəyən yerdə bir işıq yandı.
Elə ki, bir ürək vurğudan qaldı,
Tökülüb sinənə göz yaşın həkim!

Harda vəfa vardır , orda başdasan ,
Xeyirxah insan tək sən yaddaşdasan.
Gecəli-gündüzlü çağırışdasan,
Belə ötüb keçir yaz-qışın, həkim!

Kimin ki, ağrıyır, üzülür canı,
Yalnız sənə çatır ümid, gümanı.
Döndərib yarağa iynə-dərmanı,
Həyat uğrundadır savaşın, həkim!

Leyla Qadir qızı Məcidova

Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru, dossent

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir