Ulu Öndər Heydər Əliyevin mili-hərbi vətənpərvərlik konsepsiyası ilə gənc nəslin milli şüuruna təsiri
Tarixi şəxsiyyət Heydər Əliyevin mili-hərbi vətənpərvərlik konsepsiyasında gənc nəslin milli şüurunun formalaşdırılması mühüm tələb kimi qoyulur.
Vətənpərvərlik anlayışının mahiyyəti haqqında Ulu Öndər Heydər Əliyev demişdir: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.
Konseptual səciyyə daşıyan bu müdrik fikir biz təlimatcı məşqicilərin pedaqoji prosesdə vətənpərvərlik tərbiyəsinin aşılanmasının metodologiyasıdır.. Demək, vətənpərvərlik tərbiyəsinin formalaşmasında hamının birgə fəaliyyəti olmalıdır. Məktəbdə, ailədə, ictimaiyyətdə cəmiyyətin hər bir üzvü bu nəcib işdə şəxsi nümunə göstərməlidir.
1990-ci ildən etibarən “Gənc Vətənpərvərlər” İctimai Birliyin (GVİB) sədr olaraq (o vaxt “Koroğlu” Cəmiyyəti adlanırdı) yeniyetmə və gəncləri çağırışa qədərki fiziki,psixoloji,ideoloji hazırlığı ilə məşğul oluram. Hərbi xidmətimi ittifaq dövründə hərbi hissələrin birində keçmişəm.
Hazırda ehtiyatda olan kapitan rütbəli zabitəm. Bütün bunlarla yanaşı, QHT sədri olaraq peşəmi sevirəm. GVİB-ni, GİN-n, QHT-a Dövlət Dəstəyi Agentliyin və Gənclər Fondun maliyyə dəstəyi ilə həyata keçirdiyi layihələr çərçivəsində ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində oxuyan yuxarı sinif şagirdlərin və tələbələrin vətənpərvərlik tərbiyəs işninin inkişafında bilik və bacarıqlarımı, təcrübəmi aşılamaqdan zövq alıram.
Təsadüfi deyilki, çalışdığım GVİB–nin üzvlərin bir çoxları yüksək rütbəli zabitlərdir. Mən onların xoş soraqlarından fərəh duyuram. Birlik tərəfindən keçirilən təlim və tədbirlərdə onların qazanmış olduqları nailiyyətlərdən örnək kimi söhbətlər açıram.
GVİB-nin keçirdiyi tədbirlərdə vətənpərvərlik tərbiyəsinin aşılanmasına xüsusi olaraq çağırışa hazırlıq sahəsində gəncləri məktəbdən kənar fiziki, psixoloji və ideoloji hazırlıq işlərin aparılmasında və bu sahədə daha xarakterik olduğunu desək yanılmarıq.Vətənpərvərlik tərbiyəsi bəşər tarixi yarandığı vaxtdan aktual olmuşdur. Qloballaşmanın genişləndiyi, texnika və texnologiyanın inkişafının sürətləndiyi şəraitdə vətənin təhlükəsizliyini təmin etmək, onu qorumaq son dərəcə vacib amildir.
Məktəbəqədər yaşlı uşaqlardan başlayaraq vətənpərvərlik tərbiyəsi ruhunda müəllim və tərbiyəçi həmişə işini qurmağa müvəffəq olmalıdır. Vətənpərvərlik təkcə vətən üçün canından keçmək deyil. Bu barədə əsərlərin birində deyilmişdir: “Komandir əsgərdən soruşur ki, sən vətən üçün nə edə bilərsən? Əsgər cavabında: – mən vətən üçün canımdan keçməyə hazıram deyir.
Komandir isə deyir: “Əsgər, vətənə sənin ölümün yox, düşmənin ölümü lazımdır, əgər sən ölsən vətəni kim qoruyar!”
Vətənpərvərlik geniş anlayış olduğundan onu konkret ifadə etmək çətindir.
Sokrat vətənpərvərliyi hər bir insanın üzərinə düşən vəzifəni ədalətlə, vicdanla yerinə yetirməkdə görürdü. Vətənpərvərlik vətənə olan ülvi məhəbbətdir.
“Gənc Vətənpərvərlər” İctimai Birliyin sədri və Şərq Əlbəyaxa döyüş növləri üzrə Azərbaycan fəxri bədən tərbiyəsi və İdman işçisi olaraq, fəaliyyətimdə uşaq, yeniyetmə və gənclərə vətənpərvərlik, milli-mənəvi dəyərlərin hissini aşilayir və inanıram ki, bu ali diygular onların pis vərdişlərdən uzaq olmalarına təsir göstərəcəkdir.
“Qartal balası”, “Üfüqdə parıltı”, “Şahin” hərbi oyunları təlim vasitəsi olaraq şagirdlərdə mənəvi keyfiyyətlərin aşılanmasında mühüm əhəmiyyət kəsb edir.
Tarixi şəxsiyyət Heydər Əliyevin mili-hərbi vətənpərvərlik konsepsiyasında gənc nəslin milli şüurunun formalaşdırılması mühüm tələb kimi qoyulur. O, çıxışlarının birində qeyd edirdi:
“O vaxt Azərbaycan gəncləri, vətənpərvərlik şüuru ilə yaşayan insanlar Azərbaycana qarşı ədalətsizliyə etiraz əlaməti olaraq meydanlara çıxdılar, böyük mitinqlər keçirildi. 20 yanvar hadisələri Azərbaycan xalqının milli şüurunun daha da yüksəldiyini göstərdi.Eyni zamanda, bu hadisələr milli hərəkatın, milli şüurun imperiya qüvvələri tərəfindən boğulduğunu göstərdi.Ancaq eyni zamanda, Azərbaycan xalqı sübut etdi ki, onun mənliyi var, milli qüruru var”.
Gənclərin çağırışa qədərki hazırlığı ümumtəhsil fənləri ilə əlaqəli tədbirinin nəzəri və praktik tədrisi yeniyetmə və gənclərin zəruri biliklərin mənimsənilməsində mühüm əhəmiyyət kəsb edir. Şagirdlərin “Faktiki və atəş hazırlığı”, “Sıra təlimi”, “Hərbi topoqrafiya” ilə bağlı bilik və bacarıqlar qazanmaları onların vətənpərvərlik tərbiyəsininin aşılanmasının tərkib hissəsidir.
Azərbaycan Demokratik Hökümətinin hərb tarixinə parlaq səhifələr yazmış S.Mehmandarovun, Ə.Şıxlinskinin, İ.Vəkilovun, İ.Usubovun misilsiz xidmətlərindən ümumtəhsil məktəblərində kecirilən tədbirlərdə nümunələr gətirməklə şagirdlərin vətənpərvərlik tərbiyəsinin keyfiyyətcə dəyişməsinə nail oluram.
Azərbaycan ədibi A.Bakıxanovun fikrincə, tərbiyənin məqsədi həqiqi insan yetişdirməkdir. Tərbiyənin məqsədi cəmiyyətin obyektiv inkişaf qanunları əsasında müəyyən edilir, məhsuldar qüvvələrin inkişafı ilə şərtlənir, onunla bərabər dəyişir.Vətənpərvərlik tərbiyəsi əxlaq tərbiyəsinin tərkib hissəsi olub digər komponentlərlə (dostluq və yoldaşlıq, qarşılıqlı yardım, beynəlmiləlçilik, fəaliyyətə şüurlu münasibət, intizam, məsuliyyət, düzlük, doğruçuluq, sadəlik, təvazökarlıq, insanlara humanist münasibət, təbiətə qayğılı münasibət və s.) qarşılıqlı əlaqə də insan şəxsiyyətinin formalaşmasına təsir edir.
QHT sədri olaraq fəaliyyətimdə dərsdənkənar yeniyetmə və gənclərə dərs dediyim idman zalında təmənnasız (oğlan və qızlar) vətənpərvərlik, mənəvi, fiziki, psixoloji və ideoloji ruhunda tərbiyə olunmasında inteqrasiyanın imkanlarından səmərəli istifadə edirəm. Belə olduqda, gənclərin milli və bəşəri dəyərlər əsasında vətənpərvərlik tərbiyəsinin mahiyyətini daha aydın dərk etmiş olurlar.
Muğan Əliyev (Muğamət),
GVİB sədri, Azərbaycan Fəxri Bədən Tərbiyəsi və İdman işcisi

