Zərərli cizgi filmləri uşaqların psixologiyasına necə təsir edir? – YYSİB sədri, yazıçı-kulturoloq, ictimai və mədəniyyət xadim Aydın Xan Əbilov
Cizgi filmləri hər bir uşaqlığın ayrılmaz hissəsidir və əlbəttə ki, balacalar üçün, həm də böyüklər üçün ən populyar əyləncə növüdür. Cizgi filmləri hər bir uşaqlığın ayrılmaz hissəsidir və əlbəttə ki, kiçiklər üçün, həm də böyüklər üçün ən populyar əyləncə növüdür. Cizgi filmləri vasitəsilə uşaqlar ətraf aləm, öz emosiyaları, müxtəlif situasiyalarda yarana biləcək problem və maneələr, fantaziya, reallıq, dostluq və məsuliyyət haqqında məlumat əldə edə bilərlər. Tədqiqatçılar vurğuladılar ki, ətraf mühit, uşaqların qəbul etdiyi nümunələr və müşahidə etdikləri şeylər ardıcıl olaraq onların sonrakı davranışlarına təsir edir. Müassir dövrümüzdə isə uşaqlar xarici cizgi filmlərinə daha çox baxırlar.
Məsələ ilə bağlı SİA YYSİB sədri, ictimai və mədəniyyət xadimi yazıçı-kultroloq Aydın Xan Əbilovun fikrlərini öyrənməyə çalışıb.
Mövzu ilə bağlı yazıçı-kultroloq Aydın Xan Əbilov SİA-ya açıqlamasında bildirib ki, “Nə qədər qəribə səslənsə də, əvvəllər mutfilim indi isə cizgi filmlər adlandırdığımız sənət nümunəsi artıq tarixə qovuşmuşdur. Çünki birincisi onun böyük auditoriyası artıq yoxdur. İkinci məsələ isə əl ilə çəkilmiş rəsm əsərləri, daha sonra kuklalar vasitəsi ilə çəkilmiş cizgi filmləri 21-ci əsrin süni-intellekti ilə həm formalaşan, həm zövqü dəyişən yeni nəsil nümayəndələrinə bir o qədər də, maraqlı görsənmir”.
Onun sözlərinə görə, sosial şəbəbkələr, müxtəlif internet saytları, müxtəlif proqramlar var, kompüter oyunları var ki, onlar artıq cizgi filmlərini əvəzləyirlər. Sözsüz ki, cizgi filmləri bir bədii sənət nümunəsi olaraq uşaqların psixologiyasının formalaşmasında, onların estetik zövqünün yüksəlməsində çox böyük rolu var. Uşaqlar məhz cizgi filmləri vasitəsi ilə ata, anadan, yaxınlarından ala bilmədikləri canlı ünsiyyəti almağa çalışırlar.
Razılaşaq ki, kapitalizmdir və biz uşaqlarımızı çox vaxt əlində planşet, smartfon, kompüter əlində saxlayıb, özümüz ya işə gedirik, ya o biri otaqda dostlarımızla sosial şəbəkə də, yazışırıq. Əvvəllər uşaqlarımıza laylalar çalınırdısa, indi bu laylaları məhz smartfonda hansısa xarici cizgi filmləri əvəz etməyə başlayıb. Uşaq psixologiyası hələ formalaşmamış, uşağın zövqü, dünya görüşü hələ oturuşmamış biz onlara əcnəbi dilində xaricilərin çəkmiş olduğu xaricilər üçün məqbul olan, lakin bizim üçün məqbul sayılmayan cizgi filmləri təqdim edirik. Çünki yerli və milli Azərbaycan cizgi filmləri demək olar ki, çəkilmir, çəkilənlərdə ya nümayiş olunmur, ya da geniş zallarda göstərilmir.
Televiziyalar tərəfindən bu cizgi filmləri iqnor olunur, yəni göstərilmir. Uşaqlarda indi bilirsiniz ki, televizrodan daha çox smartfonlara, planşetlərə üstünlük verirlər. Biz nəyisə ortaq bir məxrəc tapmalıyıq. Yəni klassik cizgi filmindən, keçid almalıyıq kompüter oyunlarına, kompüter tətbiqlərinə, uşaqların dünya görüşünü artıran saytların yaradılmasına daha çox üstünlük verməliyik. Necə ki, kağız kitabda yazılmış, əl yazma şəkilndə yazılan yazılar demək olar ki, məktəbdən başqa heç bir yerdə yazılmır və oxunmur. O cümlədən də, cizgi filmlərdə artıq 21-ci əsrin nə qədər təəssüflə desək də artıq bədii sənət nümunəsi deyil. Yəni meydan tamaşaları, yaxud keçmişdə xan oyunları kimi indi də cizgi filmləri artıq tarixə qovuşmuşdur.
Çıxış yolu varmı? Çıxış yolu qeyd etdiyim kimi ən yeni qabaqcıl texnologiyalarla yaranlanmaqla, insanları, uşaqları maraqlandıra biləcək yalnız bir və ya iki hissəli film yox, serial cizgi filmlərinin çəkilişini təmin etməliyik. Amerikada, Yaponiyada, Koreyada, Türkiyədə serial tipli cizgi filmlərinin nümunəsi çoxdur. Bizim ölkəmizdə də, bu tipli cizgi filmlər çəkilsə daha yaxşı olar”.
Ziya Hikmətoğlu

