“Bizdə hələ də tualet mədəniyyəti formalaşmayıb. Hüseyn Cavid parkında xoşagəlməz mənzərə sərt tənqid olundu. YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilov

“Belə getsə, Azərbaycan Hindistana çevriləcək”


YYSİB sədri, ictimai xadim, yazıçı-kulturoloq Aydın Xan Əbilov isə mövcud vəziyyəti insan davranışı ilə əlaqələndirir:

“Hansısa parkda, bağda ictimai yerlərdə sanuzellər tikilərlər kommersiya məqsədi ilə fəaliyyət göstərir. Bu sanuzellər qazanc gətirməyəndə işçilərin, kommunal xidmətlərin pulları verilməyəndə bağlanır. Vətəndaşların məişət tullantılarının qablaşdırılıb atılması ilə bağlı olmayan vərdişi ona gətirib çıxarır ki, Bakı küləyi həmin zibilləri belə boş qalmış yerlərə toplayır və belə tikililər xarabalığa çevrilir”.

A.Əbilov qeyd edib ki, ayaqyoluları ilə bağlı dünyada olan problemlər Azərbaycanda da artıb. Onun fikrincə, belə getsə, Azərbaycan Hindistana çevriləcək: “Bakıda çox az yerdə ayaqyoluları tikilib. Düzdür, bir çox ticarət mərkəzlərində, mollarda ayaqyolular var. Bəziləri çox yüksək səviyyədə təmir olunub. Amma insanlar ondan istifadə edə bilmirlər”.

Bakı Şəhər İcra Hakimiyyətindən də yağışlarla bağlı ərazidə olduqlarını əsas gətirərək sualımızı sonra cavablandıracaqlarını bildirdilər. Bununla belə, ümid edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Bakı Şəhər Ticarət və Xidmət Departamenti məsələyə aydınlıq gətirəcək.

Mövcud problemin insanların sağlamlığına hansı zərəri törədə biləcəyi ilə bağlı Səhiyyə Nazirliyinə ünvanladığımız  müraciətə “bu məsələləri İcra hakimiyyəti orqanları ilə danışa bilərsiz” məsləhətini aldıq. Yaxşı ki, bu məsləhəti verdilər…

Ümumi mənzərəni təsvir etdik, qalır “kiçik problemdir” düşüncəsi ilə məsələyə soyuq yanaşan qurumların hansı addımı atacaqları aktualdır. Kiçik görünən bu problemin yaradacağı böyük fəsadları unutmamalıyıq.

https://hafta.az/huseyin-cavid-parkinda-xosagelmez-menzere-foto-381726-xeber.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir