Dərya Qılıc – bir müəllifin üç kitabı haqqında üç müəllifin yazıları: “Tale yolları”, “Bir qapılı iki məhlə” romanları, “Povest və hekayələr” kitabına “Ön söz”lər…

“Tale yolları” romanına “Ön söz”

    “Tale yolları” romanı Dərya Qılıc – Nailə Bahadır qızı Qılıcovanın sayca altıncı kitabıdır. Əsər ənənəvi roman üslubunda yazılıb. Roman klassik dramatik hadisələrlə zəngindir. Bu irihəcmli bədii nəsr nümunəsi qələmə almaqda müəllifin məqsədi xalqımızın qarşılaşdığı erməni işğalından bəhs etməkdir. Nailə xanım dövrümüzün fəlakətini ürək yanğısı ilə qələmə almışdır. O, əsasən, qaçqınlıq həyatını yaşamış şahidlərin ifadəsinə istinad etmişdir. Xocalının işğalını və işğal zamanı xocalıların qarşılaşdığı müsibətləri hər vəcdlə oxucularına çatdırmaq istəsə də,  Azərbaycan nitq hissəsində mənfur qonşularımızın törətdiyi vəhşilikləri ifadə etmək üçün söz yoxdur – demişdir.

Onların törətdiyi müsibətlərini dillə anlatmaq çox çətindir desə də, müəllif erməni vandallarının  qəddarlığını, acgözlüyünü,  zülmkarlığını,  vəhşiliyini oxuculara göstərə bilmişdir. Əsər Xocalı əhalisinin müharibədən əvvəlki xoş güzaranının təsviri ilə başlamışdır. Zəhmətkeş xalqın öz dədə-baba torpaqlarında keçirdiyi dinc, sakit həyat tərzini göstərmiş və işğalçı başqasının torpaqlarına göz dikən ermənilərin onların həyatına gətirdiyi bəladan söz açmışdır. Müəllif əsərin süjet xəttini Xocalıdan olan iki gəncin məhəbbəti üzərində  qurub, bəlkə də tarixdə görünməmiş bu müharibənin gənclərin taleyinə gətirdiyi müsibətdən bəhs etmişdi. O, bilərəkdən oxucusunu intizarda qoyur, hadisələrin iştirakçısına çevirir. Azərbaycan xalqının qan yaddaşından heç vaxt silinməyəcək  bu müharibənin gətirdiyi müsübəti öz qəlbinin süzgəcindən keçirərək  və yenidən bir də yaşayaraq  canlandırmışdı. Yazıçı otuz ilə yaxın bir dövürdə ağır günlər yaşamış, torpaqları işğal altında olan əzilmiş bir xalqın dərdindən bəhs etsə də oxucusunu yormamaq üçün ağrı-acını həyatın əsas meyarı olan məhəbbət motivləri əsasında qələmə almışdı. Hələ Xocalıda ikən bir-birini ülvi məhəbbətlə sevən Vüsal və Nərmin adlı iki gənc müharibənin törətdiyi fəsadlara görə amansız bir tale ilə üzbəüz qalmalı olub, ömürlərinin gözəl vaxtinda   həyatın ən ağır günlərini yaşamalı olurlar.

 Söhbət onların Xocalıdan qaçıb Bakıya gəldikdən sonrakı taleyindən gedir. Dövlətinə, vətəninnə sadiq olan oğlan işlə bağlı ölkəni tərk etməli olur. Bu zaman  fürsətdən istifadə edən Nərminin uzaq qohumu qızı öz məqsədi üçün ələ keçirməyə calışır. Vüsala yalan sözlər deyərək Nərmindən uzaqlaşdırır.

 Təkbaşına,  ata-anasını, qardaşlarını, əzizlərini itirmiş qız çarəsizlikdən yeni doğulan ovladından imtina edir. Əsərin ən ağır məqamları buradan başlayır. Nərmin amansız bir həyat yaşamalı olur. Özünə gələn kimi uşağını axtamağa başlayır. Uzun çətinliklərdən sonra övladını tapıb sahib cıxır. Gənclər yenidən qovuşur. Müəllif onları qovuşdurmaqla ülvi, saf məhəbbətin gec və ya tez  zamanın cətinliklərinə qalib gələcəyini göstərir. Əsərdə müxtəlif mənfi və müsbət obrazlar yer alıb. Nailə xanım daim yaxşının qələbə qazanmasına nail olmağa çalışır. Bununla oxucusunu da yaxşı olmağa sələyir. Əsər sadə və oxunaqlı dillə qələmə alınıb.

 Əsrlər keçəcək, qərinələr ötəcək Azərbaycan xalqı keçirdiyi bu acı günləri unutmayacaq. İşğaldan bəhs edən əsərlər, eləcə də Nailə xanımın qələmə aldığı “Tale yolları” romanı daim xalqın qan yaddaşını təzələyəcək. Yer üzündə erməni kimi işğalçı, acgöz, yalahürən, başqasının torpağına gözdikən bir xalqın varlığını   xatırladacaq.

   Müəllifə uğular diləyirəm.“Tale yolları” adlı bu romanın da digər – “Qəmli Səadət”, “Cəhənnəmə gedən yol”, “Dağlardın sədasi”, “Bir qapılı iki məhlə” , “İtkin arzular “ adlı romanları kimi oxucu rəğbəti qazanmağını arzu edirəm.

                             Mehman Rasimoğlu 

  Azərbaycan Yazıcılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü. “Qızıl Qələm”  və “Nəsimi” poeziya diplomu mükafa

***

“Bir qapılı iki məhlə” romanına “Ön söz”

    “Bir qapılı iki məhlə” romanını Dərya Qılıc – Nailə Bahadır qızı Qılıcovanın silsilə əsərlərindən sayca dördüncüsüdür. “Bir qapılı iki məhlə” romanını böyük həvəslə, demək olar ki, birnəfəsə oxudum. Kitab ənənəvi roman üslubunda ailə-məişət zəminində yazılıb. Əsər körpəlikdən valideynlərini itirib, dayılarının yanında yaşamağa məcbur olmuş bir qızın həyatından bəhs edir. Müəllif ülvi məhəbbət motivləri əsasında yazmış olduğu bu əsərdə çətin həyat yolu keçən qızın dəlicəsinə aşiq olduğu oğlanın yolunda çəkdiyi əzabları oxucuya məharətlə göstərə bilib.

Özünü həmişə yalqız hiss edən qızcığaz ağlı, iradəsi, zəhmətlə qazandığı dərin biliyi sayəsində, gələcəyə inamla baxmağı bacarır. Müəllifin Afət adlandırdığı qəhrəmanının simasında Azərbaycan qızının ismətindən, səbrindən, ağlından, pünhan məhəbbətindən söz açmışdır O, Vüqara olan məhəbbətini ismətinə sığınaraq illərboyu sirr olaraq saxlayır. Müəllif, keçirdiyi ağır həyat yoluna baxmayaraq, ürəyi kin-kidürətlə deyil, ətrafını qızdıra biləcək məhəbbətlə dolu olan qızın, bütün yaxınlarına sevgi ilə yanaşmağını göstərməklə saflığın, düzgünlüyün, ədalətin qələbəsini tərənnüm etmişdir.

Əsərin bədii dili təbii, koloritli, incə və obrazlıdır. Nailə xanım bilərəkdən oxucusunu, təsir və həyəcan altında saxlayaraq, əsər boyu Afətin Vüqara olan və eyni zamanda, Vüqarın Afətə olan məhəbbətini çətinliklərlə qarşılaşdırsa da, bir-birini ülvi məhəbbətlə sevən gəncləri qovuşdurmuşdur. Gənclərin bir-birinə olan məhəbbətini zərif, incə, kövrək hisslərlə təsvir edilən əsər, sanki, tərbiyyəvi missiya daşıyır. Kəskin dramatik hadisələrlə zəngin olan romanda dolğun obrazlar yaratmağa müvəffəq olan müəllif, maraqlı ədəbi təhkiyə ilə oxucusunu arxası ilə aparar, az qala, hadisələrin canlı şahidinə çevirməyi bacarıb.

Müəllif hər addımda ağlın, səbrin, xeyrin şərə qalib gəldiyini göstərməklə oxucusu müsbət əməlli olmağa səsləyir. Nüşabə obrazını yaratmaqla paxıl, acgöz insanların iç üzünü göstərir, oxucuda belələrinə qarşı nifrət hissi oyadır. Kitab, sadə və oxunaqlı dillə yazılıb. Əminliklə deyə bilərəm “Bir qapılı iki məhlə” romanını oxuyan hər kəs bu əsəri çox sevəcək.

Umidvaram ki, bu kitab da “Qəmli səadət”, “Cəhənnəmə gedən yol,” “Dağlardan gələnn səda”, “Tale yolları” və başqa kitabları qədər oxucularının ruhunu qidalandırıb, rəğbətini qazanacaq. Müəllifə yeni yaradıcılıq uğurları arzulayıram.

Ehtiram İlham,

Azərbaycan Yazıçılar Birliyinin üzvü şair-publisist 

***

“Povest və hekayələr” kitabına “Ön söz”

“Povest və hekayələr” kitabı ilə Dərya Qılıc – Nailə Bahadur qızı Qılıcova oxucularıyla onuncu dəfə görüşə gəlib. Müəllif ətrafda cərayan edən hadisələri, xalqımızın qarşılaşdığı ağrı-acını, kədəri, qələbə sevincini, hər birimizi üzən şəhidlərin keçdiyi döyüş yolunu, rəşadətli ordumuzun göstərdikləri qəhrəmanlıq səlnamələrini məharətlə qısa bir mətində yerləşdirərək oxucusuna çatdırır.

Kiçik bir hekayə oxucunu hadisədən ətraflı şəkildə xəbərdar edir. Dərin məhəbbətlə qələmə alınmış hekayalərin sətirləri həyacanla dolu olduğu qədər, oxucunu təsir altına düşürüb, öz orbitinə sala bilir.

Nailə xanımın yanaşdığı bütün mövzular ibratəmiz, təbiyəvi əhəmiyyət daşıyır. Vətənpərvər ruhda yazdığı hekayələrdə vətənə, torpağa, el-obaya, xaldqa bağlılığın önəmliliyindən bəhs etdiyi kimi, ailə-məişət mövzularında milli-mənəvi dəyərləri, ataya-anaya olan məhəbbət və qayğını, təməlli bir ailənin mü qəddəsliyini,əsl dostluğu, təmiz, saf məhəbəti qələmə al mışdır.

Müəllif bəzi hekayələrdə düzlüyün ,saflığın, mü qəddəs məhəbbətin, ata-anaya göstərilən qayğının vacib liyini göstərərkən, ehmalca mistik inamlardan istifadə edib, əqidəsini daha inandırıcı etməyə cəhd etmişdi. Bü tün povest və hekayələr şirin,axıcıl, oxunaqlı dildə yazı lıb. Müəllifin uşaqları nəzərə alıb yazdığı hekayələri də öz növbəsində körpələri cəlb edə biləcək bir mövzuda qələmə alınıb, tərbiyyəvi əhəmiyyət daşıyır.

Nailə xanım qələminin sehri ilə körpələri yalandan, oğurluqdan, qəd darlıqdan uzaqlaşdırmağa çalışaraq, bu saf varlıqların beləcə də boya-başa çatıb vətənə layiqli bir övlad kimi yetişməyini istəmişdir.

Müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Ümidvaram ki, onun povest və hekayələri də “Qəmli səadət”, “ Cəhənnəmə gedən yol”, “ Dağlardan ələn səda”, “ Bir qapılı iki məhəllə”, ” İtkin ar zular”, “ Cinayət və məhəbbət”,” Daşa dönmüş ürək”, “ Tale yolları,” “ Kəhrəba bıçaq” kitabları kimi oxucu rəğ bəti qazanıb seviləcək.

Mətanət Saraclı (Həsənova),

Filologiya üzrə fəlsəfə doktoru. Azərbaycan Yazıçılar Birliyinin üzvü,

BDU-nun Filologiya fakültəsinin Azərbaycan Ədəbiyyatı Tarixi kafedrasının dosenti

Müəllifin elektron kitabları burada:

https://kitabxana.net/author.php?author=959

  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir