B günün Şəhidi var… Ramal Əliyevdən kədərli bir şeir…
Bu gün yenə xəbər gəldi: şəhid var.
Bir anaya övlad dağı çəkildi,
Bir evdə də çıraq söndü əbədi
Bir evdən də nalə ərşə çəkildi.
Bir evdə də daha olmaz toy-busat
Bir evdə də daha gülməz o ana,
Bir evə də gəlin gəlməz, heç zaman
Bu evdə də gəlin gözlər, o ana.
Bu gün yenə xəbər gəldi: şəhid var.
Qan töküldü yenə vətən üstünə.
Bir çiçəkdə açılmadan saraldı,
Şəhid verdik, qəm yenə qəm üstünə.
Mənzər ana ağlayırdı o gündə,
Qonşudakı bir şəhid balasına.
Mənzər ana bu gün yenə ağlayır,
Amma bu gün öz doğma balasına…
Bu gün yenə xəbər gəldi, şəhid var,
Xəzərdə qan ağlayır ləpəsiylə
Buludlar da gözü yağışlı qalıb,
Dağlar da yas tutub meh nəfəsiylə.
Yağı düşmən, lənət olsün üzünə,
Necə igid tuş gəldi güllənizə
Gözü yolda qaldı neçə qız-gəlin
Neçə tale tuş gəldi güllənizə.
Bu gün yenə xəbər gəldi: şəhid var.
Qan ağlayır Azərbaycan bu gün də
Nə yaxşı ki, oğulların var, Vətən.
Göz qırpmadan, şəhid olur, bu gün də…
23.03.2025

