DAMMİB-də gənc kreativ könüllülərlə bayram görüşü və tərifetmə mərasimi
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşkil etdiyi bayram görüşü və tərifetmə mərasimi, böyük bir coşğu ilə keçirildi. Tədbiri açıq elan edən Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin sədri, ictimai xadim Rasim Məmmədov tədbirin əhəmiyyətinə toxundu və iştirakçılara müraciət etdi. O, həmçinin təşkilatın məqsədləri və gənc nəsil üçün olan layihələr haqqında ətraflı məlumat verdi.
Rasim Məmmədov, gəncləri maarifləndirmək və onların gələcəkdə cəmiyyətə faydalı fərdlər olmalarını təmin etmək məqsədini vurğuladı. Mərkəzin həyata keçirdiyi fəaliyyətlərin, gənclərin mədəniyyət və təhsil sahəsindəki inkişafını necə dəstəklədiyini diqqətə çatdırdı.
Daha sonra sözü DAMM-nin vitse-prezidenti Aydın Xan Əbilov aldı. Aydın Xan müəllim öz çıxışında gənclərə yönəlmiş tövsiyələrini paylaşdı. O, gənclərin təhsilə, elmə, mədəniyyətə və milli dəyərlərə xüsusi diqqət yetirmələrini məsləhət gördü. Aydın Xan Əbilov, həmçinin təşkilatın gənc nəsilə ünvanladığı layihələrdən bəhs edərək, onların gələcək inkişafında böyük rol oynayacağını bildirdi. O, Novruz bayramının, həmçinin orucluq günlərinin, Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasında vacibliyini qeyd etdi.
Tədbirdə, fərqlənən və yeni nəsil nümayəndələri olan məktəblilərə DAMMİB-nin fəxri diplomları təqdim olundu. Həm müəllimlər, həm də şagirdlər çıxış edərək hazırladıqları kompozisiyalarını nümayiş etdilər. Şagirdlər öz yaradıcılıqları ilə tədbirə rəng qatdılar.
Eyni zamanda, DAMMİB-nin ilk təsisçisi və prezidenti, xalq şairi Söhrab Tahirin şeirlərindən bir neçəsi səsləndirildi, bu da tədbirə əlavə bir mənəvi dəyər qatdı.
Sonda, tədbirin iştirakçıları xatirə şəkilləri çəkdirərək, yaddaşlarında bu unudulmaz anları əbədiləşdirdilər. Bu görüş, həm gənc könüllülərin, həm də cəmiyyətin müxtəlif sahələrindən olan şəxslərin bir araya gəlməsi ilə böyük bir anlam daşıdı. Mərasim, gənclərin daha yaxşı bir gələcək qurmasında önəmli bir addım oldu.
Sənubər



