Şəhid anaları və xanımları sevindirildi… “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin tədbiri
Martın 7-də “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyini təşkilatçılığı, şəhid ailəsi, İB sədri, ictimai xadim Almaz Zeynalovanın təşəbbüsü ilə Xətai rayonunda yerləşən “Mübarək” Şadlıq sarayında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ədəbi-mədəni tədbir, eləcə də bayram və İftar süfrəsi – xeyriyyə məclisi keçirildi.
Yeni Yazarlat və Sənətçilər İctimai Birliyi olaraq – #YYSİB-nin də təşkilati dəstək verdiyi şəhid ailələri, anaları, qazilər, tanınmış ictimai xadimlər, QHT rəhbərləri, KİV nümayəndələri, ictimai fəallar və ağsaqqalların iştirak etdiyi məclis Dövlət Himnimizin oxunuşu ilə açıldı. Şəhidlərimizin və dövlət müstəqilliyimizin bərpası uğrunda mübarizədə qanı tökülmüş, dünyasını dəyişmiş səxslərin ruhu sayğıyla xatırlanandan sonra, tanınmış sənətçi Şirzad Pirallahi məclisi açıq elan etdi və salamlamaq üçün sözü “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyini sədri, şəhid ailəsi Almaz Zeynalovaya verdi. Öz ehtiramını bildirən Almaz Zeynalova bu tədbirin əhəmiyyətindən söz açdı.

Daha sonra şəhid atası Əkbər Rüstəmov, şəhid anaları Çiçək Rüstəmova, Mələk Hüseynova, Şəmayə Quliyeva, ürək sözlərini, bayram təbriklərini çatdırdılar.
YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilov, “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İB sədri İradə Həsənova, Xalq artisti Zümrüd Məmmədova, eləcə də geniş ictimaiyyət nümayəndələri, şəhid anaları və ataları, sənətçilər çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuz və xalqımızın qazandığı möhtəşəm Qələbəmizdən danışdılar, eyni zamanda, Zəfərin əldə olunmasında xanımlarımızın da rolunu xüsusi vurğuladılar.

Daha sonra tanınmış sənətçilər öz ifaları ilə məclisi maraqlı etdilər, şəhid ailələrinə hədiyyələr təqdim olundu, xatirə fotoları çəkildi, İftar və Bayram süfrəsinə tort gətirildi.