Yazıçı-publisist Hacı Qəni Camalzadə ilə görüş keçirilib. Tanınmış yazıçı AZTV-dəki “Ovqat” verilişinin də qonağı olub. Video

Bu günlərdə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Bahar Əkbərova və məktəbin kitabxana müdiri Rəqsanə Həşimovanın təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, I Qarabağ müharibəsi iştirakçısı, məktəbimizin məzunu -Hacı Qəni Camalzadə ilə görüş keçirilib. Görüşün keçirilməsinin əsas məqsədi şagirdlərə yerli yazıçıları tanıtmaq, onların bədii ədəbiyyata olan maraq dairəsini genişləndirmək, məktəblilərin mütaliəyə, təhsilə, elmi biliklərə, kitaba marağının artırılmasından ibarət olub.

Görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Publisistin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib. Sonra “Karxana” əsərindən kiçik səhnəcik nümayiş olunub. Musiqi müəllimi Sənubər Abbasquliyevanın rəhbərliyi altında məktəb xorunun ifasında “Azərbaycan” mahnısı səsləndirilib.

Ədəbi-bədii hissədən sonra publisist şagirdləri maraqlandıran sualları cavablandırıb.

Tədbirin sonunda yazıçı Qəni Camalzadə çıxış edərək oxucularla təşkil edilən görüşə, haqqında deyilən xoş sözlərə və göstərilən diqqətə görə məktəb rəhbərliyinə təşəkkürünü bildirib. Məktəbin direktoru Zümrüd Abbasova da yazıçıya məktəbin təklifini qəbul edib gəldiyinə, gözəl çıxışlarına, şagirdlərə örnək olduğuna görə öz minnətdarlığını bildirib. Məktəbin XI sinif şagirdi Xədicə Pirimovanın çəkdiyi portret yazıçıya hədiyyə olaraq təqdim edilib. Publisist də eyni zamanda öz kitablarından bir neçəsini məktəbin kitabxana fonduna təqdim edib.

Görüşün sonunda yazıçının yaxın dostu, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şahin Həmidli, sinif yoldaşları- Əliağa Mirzəyev, Mirzəağa Şahbazov və Nadir Əhmədov da çıxış edərək, Hacı ilə bağlı xoş xatirələrini bölüşüblər.

Sonda xatirə şəkli çəkilib.

***

Yazıçı-publisit, Qarabağ veteranı Hacı Qəni Camalzadə AZ TV- Mədəniyyət kanalında yayımlanan “Ovqat – Vətən anlayışı” verilişinin qonağı olub. Buradan verilişə baxa bilərsiz:

AZ TV “Mədəniyyət”. Ovqat – Vətən anlayışı | 25.02.2025

İnsanların zövqünün formalaşmasında, mədəni səviyyəsinin yüksəlməsində mətbuatın, ən əsası isə telekanalların rolu danılmazdır. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin bazasında yaradılmış və qısa müddətdə tamaşaçı rəğbəti qazanmış “Mədəniyyət” kanalı məhz belə önəmli missiyanın öhdəsindən uğurla gəlir. “Mədəniyyət” kanalının əsas məqsədi Azərbaycan mədəniyyətinin bəşəri dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini ölkəmizdə təbliğ etmək, gənc nəslin bədii-estetik zövqünü formalaşdırmaqdır. Kino, teatr, musiqi, tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı hazırlanan dövlət proqramları və Prezident İlham Əliyevin mədəniyyət sahəsinin inkişafı ilə bağlı sərəncamları təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına böyük qayğı var. “Mədəniyyət” kanalının yaradılması da dövlətimizin, onun başçısı İlham Əliyevin mədəniyyətə, incəsənətə göstərdiyi böyük diqqət və qayğının nəticəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir