Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti Qurbanxan Müslümov ad günüdür
Bu gün Mustafa Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin Yoğun və düz bağırsağın cərrahlığı (koloproktologiya) şöbəsinin rəhbəri, tibb elmləri doktoru, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Cərrahiyyə kafedrasının professoru, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti Qurbanxan Müslümovun doğum günüdür. Qurbanxan Müslümov 1968-ci ildə Lerik rayonunun Buruq kəndində anadan olmuşdur.
2005–2009-cu illər ərzində Almaniyanın Haydelberq Universitetinin Mannheim Cərrahlıq klinikasında 5 il ərzində həkim cərrah kimi çalışmış və Pankreas cərrahlığı, qara ciyər öd yolları cərrahlığı, minimal invaziv cərrahiyyə, onkoloji cərrahiyyə, kolorektal və torakal cərrahiyyə üzrə ixtisaslaşmış və visseral cərrah kimi yetişmişdir. Azərbaycana qayitdiqdan sonra burada müasir pankreas və biliar cərrahiyyənin təşəkkül tapmasında əvəzsiz xidmətləri olmuş, ilk dəfə böyük seriya Traverso əməliyyatları, drenajlanma olmadan rekonstruktiv biliar əməliyyatlar, yoğun və düz bağırsaq patologiyaları zamanı mürəkkəb laparoskopik əməliyyatlar aparmaqla yanaşı müasir irəli laparoskopik cərrahiyyənin əsasını qoymuşdur. Belə ki, respublikmızda ilk torako-laparoskopik ezofaqektomiya, ilk total laporoskopik Vipple əməliyyatı, laparoskopik total qastrektomiya, laparoskopik total MRE ilə düz bağırsaq əməliyyatları, düz bağırsağın anal kanala yaxın törəmələri zamanı laparoskopik çox aşağı intrasfinkter rezeksiyalar, laparoskopik pankreatektomiyalar professor Q.Müslümov tərəfindən icra edilmişdir.
Bununla bərabər o, 2013-cü ildə Avropada məşhur Davos Cərrahiyyə kurslarının treyneri seçildikdən sonra 2008-ci ildən başlayaraq sədri olduğu Azərbaycan-Almaniya Tibbi əməkdaşlıq Cəmiyyətinin nəzdində ilk Tibbi Treyninq Kursları və Cərrahi Simulyasiya Mərkəzi yaradaraq azərbaycanlı gənc həkimlərə və tələbələrə açıq və laparoskpik cərrahiyyənin müasir texnikalarını öyrətməyə başlamışdır. Getdikcə Avropa və yaxın xaric ölkələrində məşhurlaşan azərbaycanlı cərrah Dagıstanda, Özbəkistanda və Qazaxstanda mürəkkəb əməliyyatlar icra etməyə, leksiyalar deməyə və həkimlər üçün ustad dərsləri təşkil etmək üçün dəvət edilməyə başlamışdır.
Bu fəaliyyətinə görə 2017-ci ildə o, Özbəkistan Həkimləri Təkmilləşdirmə İnstitutunun və Təcili Tibbi Yardım İnstitunun 2018-ci ildə isə Buxara Dövlət Tibb Universitetinin fəxri professoru seçilmişdir. Eyni zamanda Dağıstan Tibb Universitetinin fəxri professoru seçilmişdir. Hazirda Professor Q.Müslümov təkcə Azərbaycanda deyil bütün regionda minimal-invaziv cərrahiyyə, qida borusu cərrahlığı, hepato-pankreato-biliar cərrahiyyə, kolorektal cərrahiyyə sahələrində ən sayılan mütəxəssislərdən biridir.
Bu münasibətlə doktoru təbrik edir, ona ilk öncə can sağlığı arzulayırıq.

