2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə eko-aksiya
2 fevral həril Azərbaycan Respublikasında Gəncləri Günü kimi qeyd edilir.
Ümummilli Lider Heydər Əliyevin təşəbüsü ilə keçirilən bu əlamətdar hadisə ilə bağlı Gənclər və İdman Nazirliyi Azərbaycan Gəncləri Gününə həsr olunan Gənclik həftəsi elan edib. Həftəlik çərçivəsində Müxtəlif səpkili tədbirlələ yanaşı, gənclər və QHT-lər fərqli tədbirlər həyata keçirir, yeni nəsil nümayəndələrinə ünvanlanmış ictimai-sosial, elmi-mədəni mesajlarını ötürməyə çalışırlar.
1 fevral tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində Azərbaycan Gəncləri Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib. SİA xəbər verir ki, qurum rəsmilərinin və əməkdaşlarının, Gənclər evləri və QHT nümayəndələrinin, eyni zamanda könüllülərin iştirakı ilə keçirilən aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıq sahələrinin artırılmasını təşviq etmək, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.


