AYB-də Qumru Qüdrət Naxçıvanlının “Zəfərə addım-addım” adlı poetik kitabının təqdimatı keçirildi. Video və fotolar
Son vaxtlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhramanlıqla şəhidlik zirvəsinə ucalan igidlərin xatirəsinə həsr olunmuş kitabların sayı günü-gündən artır. Məhsuldar şair və yazar Qumru Qüdrət Naxçıvanlının qələmə aldığı “Zəfərə addım-addım” adlı poetik kitabı də bu sıradan fərqlənənlərdəndir.
Bu günlərdə həmin dəyərli nəşrin geniş təqdimatı Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda baş tutdu. Tədbirdə şəhid ailələri, yazarlar, ziyalılar, müxtəlif peşə sahibləri, İctimai Birlik sədrləri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açıq elan edən ” Telli Sənəm” jurnalının təsisçisi, şairə-publisist Telli Sənəm Borçalı gələn qonaqları salamladı. Daha sonra qəhraman şəhidlərin xatirəsinə bir dəqiqəlik sükutla yad edildi.
Təqdimat mərasiminin və kitabın geniş oxucu kütləsi üçün vacibliyini vurğulayan cıxışçı sonra yazar Qumru Qüdrət Naxçıvanlıya söz verdi.
Qumru Qüdrət Naxçıvanlıya məclisə toplaşanları salamladı, keçdiyi həyat və yaradıcılıq yolu, eləcə də özü haqqında qısaca məlumat verdi.
Xatırlatmaq yerinə düşər ki, Qumru Qüdrət Naxçıvanlı imzasıyla yazıb-yaradan Qumru Teymur qızı Əsədova Naxçıvan MR Babək rayonu Qoşa-Dizə kəndində anadan olub.

Şairə gənc yaşlarından etibarən fəal yaradıcılıga başlayıb. Hələ orta məktəbdə oxuyarkən yazıları “Göyərçin” jurnalında və ” Azərbaycan gəncləri” qəzetində nəşr olunnub.
1997-1998-ci illərdə Naxçıvanda çıxan “Şərq qapışı”, “Şərurun səsi” adlı mətbu orqanlarda, həmçinin, Bakıda – “Detektiv”, “Ekspress” qəzetlərində şeirləri nəşr olunub.

“Ədəbiyyat qəzeti”min şöbə redaktoru, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı/direktoru, www.yenimedia.net saytının təsisçisi/baş redaktoru, “Ədəbiyyat qəzeti” redaksiyasının şöbə redaktoru, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov müəllifin yaradıcılıq ətrafında geniş çıxış etdi.
Çıxış edənlər hər biri Qumru Qüdrət yaradıcılığı ilə tanış olduqlarını söylədilər, təqdimatına toplaşdıqları kitab haqqında fikirlərini bildirdilər, məhsuldar müəllifə yeni-yeni uğurlar dilədilər.
Altı kitab müəllifi olan Qumru Qüdrət Naxçıvanlının qələmə aldığı bu toplu – “Zəfərə addım-addım” adlı kitab geniş oxucu kütləsinin istəyi ilə yenidən ikinci dəfə nəşr olunub.
Açıq ədəbi-mədəni müzakirə formasında təşkil olunmuş mərasimin sonunda “Telli Sənəm” jurnalında xüsusi-müxbir kimi çalışan Qumru Qüdrət Naxçıvanlı ilə isə xatirə şəkillqri çəkildi.
Tədbir iştirakçılarına şairə xanımın imzası ilə kitablar təqdimat olundu.

Qumru Qüdrətə yeni- yeni yaradıcılıq uğurları diləyirik.


