Şəhidlər: tarixin şahidləri: Bakıda geniş ictimaiyyətin iştirakıyla İmam Əli mövludu qeyd olundu

Tanınmış ictimai xadim, araşdırmaçı-publisist, ilahiyyatçı, teleekspert, “Mədəni Niyyət” qəzetinin təsisçi və baş redaktoru, Çətinliklərin Həlli Təlim Mərkəzinin rəhbəri
Hacı Rahimin təşkilatçılığı ilə Həzrəti. Məhəmmədin (s) əmisi oğlu, qızı Fatimeyi Zəhranın (s.ə) həyat yoldaşı və İmam Həsən (s), İmam Huseyn (ə) və Hz. Əbəlfəzlil Abbasın (ə) atası İslam dünyasının birinci İmamı Həzrəti Əlinin (ə) səadətli mövlud tədbir-sufrəsi baş tutdu.


Tədbir Allah kəlamı Qurani-Kərimin oxunuşundan sonra Azərbaycanın torpaqları uğrunda canlarından keçmiş şəhidlərimizin və 25 dekabr 2024 il tarixində təyyarə qəzasında həlak olanlarin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının dövlət himni səsləndən sonra məclis açıq elan olundu.


Tanınmış ictiami xadim, araşdırmaçı-publisist, ilahiyyatçı, teleekspert, “Mədəni Niyyət” qəzetinin təsisçi və baş redaktoru, çətinliklərin həlli təlim mərkəzinin rəhbəri
Hacı Rahim İsmayılov öz təbrik çıxışını İslam tarixinin aparıcı simalarından biri sayılan İmam Əlinin dinimizin inkişafındakı rolu, peyğəmbərimizin tərəfdarı olaraq İslam sivillizasiyasının möhkəmlənməsindəki intellektual rolundan danışdı. Şəhidlik zirvəsinə qalxanların uca məqamını xatırladan natiq, Qarabağın azad edilməsində Əlisevərlərin rolunu yüksək dəyərləndirdi.


Sonra məclisdə ilahiyyatçı alimlər, ilahi musiqi ifaçıları, yazıçı və şairlər, tanınmış TV-aparıcılar, jurnalistlər, QHT sədrləri və nümayəndələri, ictimai xadimlər çıxış ediblər.

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov çıxış edərək Bütöv Azərbaycanın formalaşmasında dinimizin gözəl tərəflərini misal gətirdi.

Tədbirin ali qonaqlarından olan Şəhid Analarının, qazilərin çıxışı, Zaurxan Səfərovun, şəhid Səbuhinin adına yazılmış musiqili klip təqdimatı, sual cavab və hədiyyə bölümü hər kəsin ürəyincə oldu.
Milli və mənəvi dəyərləri, sosial-psixoloji dəstəklərinə görə bir neçə TV aparıcı, jurnalist, ictimai xadim, sosioloq, ilahiyyatçı və din adamları, “Mədəni Niyyət” qəzeti tərəfindən ilin Fəxri Diplomu ilə təltif olundu.
Bu möhtəşəm tədbir ehsan süfrəsi ilə sona yetdi. Allah şəhidlərimizə rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir