2025-ci ildə… Kulturoloqun özəl kreativ-innovativ planları. YYSİB sədri Aydın Xan Əbilov

  • Publik olaraq TV-lərdə görünsəm də, fərdi olaraq daha da a-sosiallaşaram, güman: cəmiyyətin savadsızlığı artıq “mən”imi öldürur.
  • Müxtəlif məsələlər ətrafında fikirlərimi daha da kəskin, fərqli problemlər ətrafında mövqeyimi sosial-ictimai tənqid üzərində quraram.
  • Mürəkkəb şifrəli qeydlərimi azaldacaq, əksinə, sadə həqiqətləri dövrün trendinə çevirərəm: məsələn, eko-böhran, Sibirdə baş verəcək maqmatik/vulkanik zəlzələlər, planetimizi gözləyən cəhənnəmvari olaylar…
  • Mənasız ədəbiyyat/poetik düşüncədən tamam imtina edib, tənqidi/fəlsəfi mövqeyə qayıtmaqdan kulturoloji fikrimizin fərqli inkişaf mərhələsinə qaldırmağa səy göstərərəm.
  • Fərdlərlə minimum təmasa girərəm, əsas subyektin kimi cəmiyyətin dəyişməsinə üstünlük verərəm.
  • Sivil addımlarıma və tənqidi mövqeyimə görə qara kütləni azğınlaşdırmaqdansa, zamanı idarə etməyə, hadisələri istiqamətləndirməyə, adamları dəyişməyə xüsusi diqqət ayıraram.
  • Başqalarının yanlışliqlarına, təhqirinə, pisliyinə, qara əməllərinə görə anındaca cəzalandırmaq üçün vergili istedadımdan maksimum yararlanaram.
  • Daha heç kimin dərdinə köklənmərəm: adamlara yönəli səmimiyyətini, sənin zəifliyin sanıb, səni daşlamağa çalışırlar: buna birdəfəlik son qoyaram…

01.01.2025

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir