COP29: planetimizi necə xilas edək? YYSİB sədri, ictimai xadim eko-layihə rəhbəri Aydın Xan Əbilovla Ramal Əliyev Səs TV-də
Səs TV-də “Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı” eko layihəsi çərçivəsində YYSİB-nin sədri Aydın Xan Əbilov və sədr müavini Ramal Əliyevin birsaatlıq tele-debatı keçirildi.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən maliyyələşdirilən, “Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı” adlı ekoloji layihənin müəllifi/rəhbəri Aydın Xan Əbilov və ekspert YYSİB sədrinin müavini Ramal Əliyevin teledebatını təqdim edirik:
Verilişə buradan baxa bilərsiz:
https://www.youtube.com/live/tKsbtcGN1ck
YYSİB-nin Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən maliyyələşdirilən, “Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı” adlı ekoloji layihənin əsas məqsədi ətraf mühitə və ekologiyaya yeni yanaşmaları təbliğ etməkdir. 2024-cü ildə “Gənclər paytaxtı” elan olunmuş Lənkəran rayonunun yeni nəsli nümayəndələrinin diqqətini təbiətin qorunması, ekologiyaya qayğının artırılması üçün üç ay müddətində gənclər, eləcə də geniş ictimaiyyət arasında ətraf mühitə sayğı və qayğının təbliğatı aparıldı. Prezident İlham Əliyevin elan etdiyi “2024-cü il: Yaşıl dünya naminə Həmrəylik İli”, həmçinin, noyabr ayında ölkəmizdə keçirilən nüfuzlu COP29 beynəlxalq tədbirə ictimai-mədəni, ideoloji-informativ dəstək verilib. Gənclər arasında ətraf mühitin qorunmasının aktuallığı təbliği, ekologiyanın mühafizəsinin populyarlaşdırlıması, çağdaş dövrümüzün eko-problemlərinin ictimailəşdirilməsi layihənin əsas məqsədlərində idi.
Gənclər üçün ədəbi-ekoloji “Qırmızı Kitab” toplusunun kağız və elektron variantlarını nəşr etdik, eko-sosial video-çarx və real ekoloji aksiyalar, virtual eko-kampaniyalar reallaşdırılıb. Lənkəranda davamlı olaraq ekoloji aksiyalar keçirməklə, Xəzər sahilini zibillərdən təmizləmək üçün təşəbbüsləri reallaşdırmaqla, habelə hazırladığımız təbliğatxarakterli məhsulların iki məktəbdə təqdimatlarının təşkili ilə geniş ictimaiyyət arasında ölkəmizin, eləcə də planetimizin gələcəyinə cavabdehliyi vurğulamaq, bu stiqamətdə məsuliyyəti özündə birləşdirən intellektual-kreativ fəaliyyətlərə maraq oyatmağı çalışılıb.

