Bütün tanıdıqlarının “dayısı” olan şair Səfər Rzasoylunun doğum gününə

Bu gün təkcə mənim yox, bütün tanıdıqlarının “dayısı” olan Səfər Rzasoylunun doğum günüdür.

Dayım Səfər Rzasoylu doğrudan da mənim üçün ”Dünyanı bəzər, özü lüt gəzər!” atalar sözünün canlı təcəssümüdür. Onun xarakterində ən çox diqqət çəkən xüsusiyyətlərdən biri sadəlik və səmimiyyətdir. O, heç vaxt “başqalarına görə” dəyişmir. Nə maddi imkanlar, nə də status onu fərqli biri etmədi. Həm də, yəqin ki, bu xüsusiyyətlər ona daha çox hörmət qazandırıb. O, parlaq müasir dünyada heç bir zaman “gözəgirən” biri olmaq istəməyib, əksinə, sadəcə, səmimi və saf qəlbli olmağı üstün tutub.
Onun hesabına xeyli insanlar ev, maşın, iş sahibi olmuşlar. Amma o özü bütün imlanlarına rəğmən, taksidə, marşurutda, dostlarının avtomobilində hərəkət edir.

Bununla belə, Səfər Rzasoylu yalnız öz bacısıoğlanları, qohumları, yaxınları, dostları üçün deyil, tanıdığı hər kəs üçün əvəzolunmaz bir “dayıdır”. Sözün əsl mənasında, dayı…
İnsanlar onunla əlaqəyə girdikdə, həmişə səmimiyyət, qayğı və dürüstlük hissi duyurlar. O, heç zaman dərdini başqalarına yük etmir, amma ətrafındakı hər kəsin ağrısına, acısına şərik olur. Təbii ki, bu da onun “uşaqruhlu” olduğunu göstərir: həyatın ən sadə və təmiz tərəflərini sevir, hər şeyin təməlində insanlıq dəyərlərini görür.

Səfər Rzasoylu haqqında danışarkən, onun şairlik ruhundan da bəhs etmək lazımdır. Bu şairlik təkcə sözlə deyil, davranışlarıyla da özünü büruzə verir. O, tanıdığı hər bir insanın həyatına kiçik, amma çox qiymətli incəliklər qatır. Bəzən sadə bir baxış, ya da gülümsəmə belə, başqalarının həyatına gözəl bir işıq gətirir. Onun şeir yazmağı, ürəkdən gələn düşüncələrini sözlərə töküb, insanlara çatdırmaq istəyini göstərir. Bu, yalnız kağız üzərindəki sözlər deyil, onun həyatındakı əsl fəlsəfəni əks etdirən bir şəkildir.

Əslində, Səfər Rzasoylu heç zaman özünü öndə görməyib. O, hər zaman başqalarının həyatda daha çox uğur qazanmasına, sevinclərini yaşamasına yönəlib. Belə bir adamın yanında olmaq, sadəcə, fiziki olaraq yaxınlıq demək deyil, ruhən də onunla bir olmaqdır. O, yalnız dostlarının deyil, ümumiyyətlə, insanları sevən və onlara dəyər verən bir şəxsiyyətdir.

Səfər Rzasoylu yaşadığı hər bir anı, hər bir qarşılaşmanı daha mənalı, daha dərin bir təcrübəyə çevirməkdədir. Çünki o, yalnız öz dünyasını yox, başqalarının dünyasını da zənginləşdirir. O, həyatda əsl varlıq olmaqla yanaşı, hər bir insanın içindəki ən gözəl və təmiz tərəfi ortaya çıxarmağa çalışan nadir insanlardandır.
Mən, Səfər Rzasoyluya həyatın ən böyük neməti olan Allahdan hidayət, dünya və axirət xoşbəxtliyini arzu edirəm.

Sayğıyla,

Bacıoğlu Ramal Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir