YYSİB-nin müştərək tədbiri. Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş anım məclisi. Video və fotolar

Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdən video:

12 dekabr Ulu Öndər Heydər Əliyevin Ümumxalq Hüzn günü münasibəti ilə bağlı İNK, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB, Yeni Yazarlar və Sənətçilər İB, SİMİB və ŞASDİB təşkilatçılığı ilə ədəbi-mədəni tədbir kecirildi.

Tədbiri giriş çıxışı ilə İNK, SİMİB, DAMMİB sədri Rasim Məmmədov açdı, təşkilatçılar adından hər kəsi salamladı, Dövlət Himni səslənəndən sonra, Ulu Öndərin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

YYSİB sədri Aydın Xan Əbilov öz geniş çıxışını yeni nəslin mənəvi rəhbəri, dövlətçilik tariximizin parlaq nümayəndəsi, tarixi şəxsiyyət Heydər Əliyev barədə fikirlərini bölüşdü, eyni zamanda rəhbərlik etdiyi təşkilatın reallaşdırdığı “Heydər Əliyev İrsi və Azərbaycan Gəncliyi” kulturoloji-ideoloji layihə haqqında məlumat verdi, fəaliyyətlər çərçivəsində yenicə nəşr etdikləri eyniadlı – “Heydər Əliyev İrsi və Azərbaycan Gəncliyi” adlı toplu haqda danışdı.

Daha sonra tədbirdə çıxış edən tanınmış ictimai-mədəni xadimlərinin, QHT rəhbərlərinin, KİV nümayəndələrinin, sosial fəalları Ulu Öndərə ehtiramlarını nümayiş etdirib, xatirələrini səsləndirib, Heydər Əliyevin sevdiyi mahnılardan nümunələr ifa edilib.

Anım tədbiri tanınmış ictimai-mədəni xadimlərinin, QHT rəhbərlərinin, KİV nümayəndələrinin, sosial fəalların iştirakıyla “Azərbaycan” nəşriyyatında fəaliyyət göstərən İNK qərargahında, baş tutdu.

Daha sonra l Fəxri Xiyabanına ictimai ziyarət edildi. Aydın Xan Əbilovun çıxışını təqdim edirik.

#HeydərƏliyev #YYSİB


www.Yenimedia.net – bir kreativ maarifçilik telekanalıdır…

Vətəndaş Cəmiyyəti Alyansı, Yeni Yazarlar və Sənətçilər İB – www.kitabxana.net, www.Yenimedia.net və YeniMediaTV portallarının birgə tele-layihəsi. Tanınmış yazıçı-kulturoloq Aydın Xan Əbilovun rəhbərlik etdiyi Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi, Yenimedia.net sosial-analitik saytın, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın və YeniMedia TV-nin birgə istehsalı.

Silsilə verilişlərə buradan baxa bilərsiz:

www.youtube.com/c/YenimediaTVaz/videos

Layihə rəhbəri, YYSİB sədri, yazıçı-kulturoloq: Aydın Xan Əbilov

TV-ni icraçı direktoru və rejissoru: Hidayət – Ayxan

Montaj: Nihad Əbilli

Bakı, YeniMedaiTV – 2024

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir