Lənkəranda keçirilən I Ləvəngi Festivalının yerli – kulturoloji və mətbəx turizminə təsiri. Turizm üzrə ekspert Fərid Əlizadə yazır
I Ləvəngi Festivalı
Son illər həm daxili, həm də xarici turistlərin sevimli məkanına çevrilən Lənkəran, Azərbaycanın cənub bölgəsində yerləşən və zəngin mədəniyyətə, qədim ənənələrə sahib bir diyardır. Onun mərkəzi sayılan Lənkəran şəhəri, xüsusilə özünəməxsus mətbəxi ilə tanınır. Lənkəranın ən məşhur mətbəx nemətlərindən biri olan ləvəngi, eləcə də onunla bağlı olan yeməklər, son illərdə keçirilən xüsusi tədbirlərlə daha geniş auditoriyaya tanıdılmağa başlanmışdır. I Ləvəngi festivalı isə, bu mətbəx irsini təbliğ etməklə yanaşı, həm də kulturoloji turizm sektorunu canlandırmağa kömək edir.
Ləvəngi ilə bağlı dekabrın 5-də şəhər mərkəzində təşkil edilən mötəbər tədbir, Lənkəran mətbəxinin ən tanınmış neməti sayılan ləvəngini tanıtmaq və bu qədimi süfrə ənənənsini qorumaq məqsədilə keçirilən maraqlı bir festivaldır. Tədbirin əsas məqsədi, həm yerli, həm də beynəlxalq səviyyədə ləvəngi ilə bağlı yeməklərin hazırlanması, onun xüsusiyyətləri və dadı barədə bilgilər vermək, kulinarların, aşpaz ustaların məharətini yaymaq idi.

Ləvəngi, toyuq və ya balığın qarnına doldurmaq üçün xüsusi olaraq qoz, soğan, alça palçıq turşusu, nar və müxtəlif ədviyyatlar qoyularaq hazırlanan ərzaq yarımfabrikatıdır. Ləvəngili yeməklər, Lənkəran bölgəsinin ən qədim kulinariya ənənələrini əks etdirir və onun unikal dadı, Azərbaycanın cənub mətbəxinin zənginliyini gözəl bir şəkildə nümayiş etdirir.
Tədbirin turizmə təsiri
Ləvəngi festivalı, təkcə mətbəxə deyil, həm də Lənkəranın turizm sektoruna böyük təsir göstərir. Bu unikal tədbir, şəhərə turist axınının artmasına səbəb olacağı şübhəsizdir. Hər il keçirilməsi nəzərdə tutulan festivalda iştirakçılar, şəhərin qonaqları, eləcə də turistlər, yalnız ləvəngini dadmaqla kifayətlənmir, eyni zamanda, Lənkəranın gözəl təbiətini, tarixi yerlərini və mədəniyyətini daha yaxından tanıyırlar.
Ləvəngi həvəskarları bu festivaldan sonra da hər il Lənkəran şəhərinə gələcəyinə hər kəs inanır. Axı bu diyar cənnətə bənzəyir, istiqanlı sakinləri isə əsl qonaqsevərlər kimi tanınırlar. Bu festival, xüsusilə mətbəx həvəskarları və yerli yeməkləri kəşf etmək istəyənlər üçün böyük maraq doğurur. Turistlər, həmçinin, Lənkəranın təbii gözəllikləri və tarixi abidələri ilə tanış olur, bu da turizmin müxtəlif istiqamətlərinin daha da inkişaf etməsinə şərait yaradır.
Festivalın keçirilməsi, Lənkəran bölgəsindəki restoranlar, otellər, bazarlar və digər turizm obyektlərinə müsbət təsir göstərir. Yerlilər, tədbirin iştirakçılarına qayğısına qalmaq və onların rahatlığını təmin etmək üçün müxtəlif xidmətlər təklif edirlər. Bu isə, şəhərdəki iş imkanlarının artmasına və yerli iqtisadiyyatın güclənməsinə səbəb olur.
Ləvəngi tədbiri, Lənkəran mətbəxinin təkcə bir yeməkdən ibarət olmadığını, əslində geniş bir mədəniyyətin təmsilçisi olduğunu göstərir. Festival çərçivəsində turistlər, Azərbaycanın cənub bölgəsinin zəngin kulinariya irsini daha yaxşı başa düşürlər. Bu, həm də mədəni turizmin inkişafına təkan verir.
Yerli sənətkarların əl işləri sərgisi

Ləvəngi tədbirinin bir hissəsi olaraq, yerli sənətkarların və əl işlərinin sərgiləri təşkil edilib. Bu sərgilər, turistlərə Lənkəran regionunun unikal sənətkarlıq nümunələrini göstərir və yerli əhəmiyyətli əşyaların satılmasına imkan yaradır. Bu cür tədbirlər, Lənkəranın mədəniyyətini daha da geniş tanıtmış olur.
Nəticədə, Lənkəranda keçirilən ləvəngi festivalı, həm mətbəx, həm də turizm baxımından böyük əhəmiyyət daşıyır. Bu festival yalnız yerli yeməklərin və mədəniyyətin təbliğinə xidmət etmir, həm də turist axınının artmasına, iqtisadiyyatın inkişafına və Azərbaycanın
cənub bölgəsinin turizm potensialının yüksəlməsinə səbəb olur.
Beləcə, bu il uğurla təşkil olunan I Ləvəngi festivalı və onunla bağlı tədbirlər, Lənkəran bölgəsinin həm mətbəxini, həm də mədəniyyətini dünyaya tanıtmaq üçün mükəmməl bir platformaya çevirdi.
Fərid Əlizadə
YYSİB və Hesabat TV-nin cənub zbölgəsi üzrə məsul əməkdaşı,
turizm üzrə ekspert

