COP29-un mahiyyəti nədən ibarətdir? Bu mühüm beynəlxalq tədbirin ölkəmiz üçün hansı faydaları ola bilər? Ramal Əliyev yazır
Ölkəmizdə keçirilən və dünyanın mühüm qlobal eko-tədbirlərdən sayılan COP29 barədə KİV-lərdə, sosial şəbəkələrdə kifayət qədər materiallar getsə də, təbliğat, eləcə də anti-təbliğat, maarifləndirmə kampaniyaları aparılsa da, müxtəlif təbəqəyə aid edilən vətəndaşlarımıza bu tədbirin mürəkkəb, böyük mahiyyəti sona qədər aydın deyil. Hələ də
COP29 un, ölkəmiz üçün hansı iqtisadi-siyasi faydalarının dəyə biləcyini böyük mənada anlamayanlar vardır. Elə bu səbəbdən dolayı bu barədə məlumat xarakterli yazı hazırlamaq qərarına gəldik.
COP29 – Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Konfransı mühüm beynəlxalq bir tədbirdir. Bu konfrans, dünya ölkələrinin siyasi, ictimai, ekoloji, dövlət liderlərinin, eləcə də beynəlxaql təşkilatların rəhbərlərinin, mütəxəssislərin, güc və beyin mərkəzlərinin iqlim dəyişikliyi ilə bağlı müzakirələr apardığı, yeni qlobal iqlim siyasətləri müəyyənləşdirdiyi mühüm bir platformadır. COP29 “Paris İqlim Razılaşması” çərçivəsində hər il təşkil olunan bu növ tədbirlərdən ən böyüyü, faydalısıdır.
Azərbaycan üçün COP29-un aşağıdakı önəmli faydaları gözlənilirdi və əksəriyyəti də reallaşmaqdadır.
Qlobal və lokal iqlim dəyişiklikləri ilə mübarizə: Konfransda qəbul edilən qərarlar və razılaşmalar, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrə, iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizə üçün texnoloji və maliyyə dəstəyi təqdim edilə bilər. Bu, ölkənin ekologiyasını qorumaq üçün vacibdir.
Ölkəmizin son illərdə durmadan möhkəmlənən müxtəlifprofilli beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişasfına təkan verir. COP29 Azərbaycanın qlobal iqlim tədbirlərində aktiv iştirak etməsinə və digər ölkələrlə əməkdaşlıq qurmasına imkan yaratdı. Bu, iqlim siyasətinin inkişafına və yerli ekosistemi qorumağa kömək edəcək.
Respublikamızın iqtisadi imkanlarına xüsusi qatqıları var. Azərbaycan, iqlim dəyişikliyinə qarşı mübarizə və davamlı inkişaf sahələrində yeni maliyyə axınları əldə edə bilər. Məsələn, yenilənə bilən enerji sahəsinə yatırımlar və yaşıl texnologiyalar üzrə əməkdaşlıq imkanları artacaq.
Eko-təhsil və ictimai neo-maarifləndirmə: COP29, həmçinin, Azərbaycanda ekoloji biliklərinin artırılması, yerli icmaların iqlim dəyişikliyi ilə bağlı məlumatlılığının gücləndirilməsi baxımından faydası şübhəsizdir.
Ümumiyyətlə, COP29 Azərbaycanın ekoloji və iqtisadi inkişafına, həmçinin, qlobal səviyyədə daha yaşıl və dayanıqlı bir gələcəyin qurulmasına kömək edə bilər.
COP29, Azərbaycanın ekoturizm sektorunun inkişafına da müsbət və güclü təsir göstərə bilər.
Azərbaycanda təbii gözəlliklərinin tanınması baxımından və gələcəkdə beynəlxalq eko-turizm xəritəsinə daxil olunmasına təkan verəcək. Ölkəmizdə xarici turistləri, səyahətsevərləri maraqlandıra biləcək Xəzər dənizi, təbii və sonradan yaradılan göllər, dəryaçalar, dağlar, meşələr, palçıq vulkanları, qeyzerlər, tarixi abidələr və zəngin bioçeşidlik mövcuddur. COP29, ekoturizmi təşviq edərək, yerli icmaların, kreativ sahibkarların yeni gəlir əldə etməsini təmin edə bilər. Bu, eyni zamanda, ölkənin təbii sərvətlərinin qorunmasına yönəlmiş mühafizə tədbirlərinin artırılmasına səbəb olacaq.
Ümumiyyətlə, belə mühüm beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi çox önəmlidir. Dünya siyasi liderlərin arasında xüsusi çəkisi ilə fərqlənən, qlobal güclərin artıq razılaşmağa məcbur olduğu dövlət başçımız, Prezident İlham Əliyevin rəhbərliyi altında təşkil olunan, uğurla həyata keçirilən, Dünyanın 200-ə yaxın dövlətlərinin yüksək səviyyədə iştirak etdiyi COP29 Azərbaycanın beynəlxalaq aləmdə nüfuzunun artması, imkanlarımızın tanıtımıyla yanaşı, Cənubi Qafqazda da mütləq lider dövlətə çevrilməsini sübut edən nüfuzlu bir eko-siyasi tədbir tarixə qovuşdurduq.
Ramal Əliyev
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi sədrinin müavini,
www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron
Kitabxananın İH-nin üzvü,
sosial-mənəvi məsələlər üzrə eklspert

