Şirin möcüzə, yaxud qız uşaqlarını qoruyaq! Aydın Xan Əbilov yazır
Son 20 ildə ölkəmizdə doğulan 140-130 oğlan uşağına rəğmən 100 qız mələyi dünyaya göz açır! Doğulur yox, məhz bu həyata süni surətdə gətirilir. Çox ölkələrdə qadağan edilən şüalı aparatlara hamilə qadınlar soxulur, özlərini həm radiasiyaya mərüz qoyurlar, həm də qız uşaqlarını süni surətdə qətlə yetirir, saldırırlar – hələ neçəsi ölür də.
Sonra da heyrətlənirsiz ki, bu qədər xəstə, şikəst, rəngli – mavi, çəhrayı, trans, bisekssual ədalı vətəndaş haradan peyda oldu?!
Bir tərəfdən də 500 manata başa gələn təbii doğuşu deyil, 3000-5000 manata tamamlanan, həkimlərin və xəstəxanaların tamahına qurban verilən, orta və varlı təbəqələrin gülmə-şəkər qadınlarından əməliyyatlarla həyata gətirilən, 90 % sonradan müxtəlif xəstəlikdən və əqli çatışmazlıqlardan əziyyət çəkən, cəmiyyətə böyük yük olan rəngli-rəngsiz balalarımız, görəsən, onların günahı nə?!
Varlıların və məmurların xəstəliyi sayılan qan, şəkər, uyuşduruculara yönəlilik kimi sağalmaz bəlaların niyə belə “uşaqlaşdığını” izah edə bildim?!
Orta və varlı təbəqədən olan ailələrdəki övladsizlıq problemini məgər bilmirsiz?! Onlardan irəli gələrək ailədəki spazmalar, münaqişələr, gərginliklər isə cəmiyyətə daşındığından, böyük ictimai-siyasi qarmaqarışıqlara, konfiliktlərə səbəb olur. Axı burası sivil Avropa deyil ki, hansısa sapıntısı olan şəxsin çatışmazlıqlarına diqqət ayırılmasın, əksinə, onun intellekt, bacarıq və peşəkarlığından yararlanılsın…
Təbiət isə məhz bunlara görə bizlərdən intiqamını almağındadır…
Aydın Xan Əbilov
Retro-status – 2018

