Görkəmli yazıçı, romanist Hacı Qəni Camalzadə
Son illər oxucuları qarşısında yaradıcılıq hesabatları ilə tez-tez çıxış edən tanınmış yazıçı-publisit, romançı, Yeni Yazarlar və Sənətçilər İçtimai Birliyin Ekspertlər Şurasının, AYB uzvü, Amerika Yazarlar Klubunun Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri, l Qarabağ müharibəsi veteranı Hacı Qəni Camalzadə müasir ədəbi prosesimizdə xüsusi rəng qatır.
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nasiri Hacı Qəni Camalzadə bir sıra romanların, böyük həcmli əsərlərin və 17 kitabın müəllifidir. Bu yaxınlarda 15 cildlik “Seçilmiş əsərləri”min 6 cildi işıq üzü görüb, iki yeni kitabı nəşrə hazırlanır. Əsərləri dünyanın aparıcı dillərinə çevrilərək xarici ölkələrdə nəşr olunub.
Müasir ədəbi prosesimizdə oxunaqlı roman və hekayələr müəllifi kimi nüfuz qazanan Hacı Qəni Camalzadə özünəməxsus yazı üslubu, xüsusi dəsti-xətti ilə sayılıb-seçilən yazıçılardan biridir.
Azərbaycanın öncül yazıçıları ilə yanaşı , bir sıra maraqlı əsərləri ilə oxucu rəğbəti qazanan Qarabağ müharibəsinin qazisi Qəni Camalzadə ilə oxucuların müxtəlif vaxtlarda vaxtaşırı görüşləri həmişə maraqlı və yaddaqalan olub.

Hacı Qəni Camalzadənin bir neçə kitabı xarici ölkələrdə, o cümlədən ABS-da nəşr olunub.
Dəyərli ziyalımız, həmçinin, Azərbaycan teleməkanında yayımlanan verilişlərdə ekspert qismində iştirak edir.
YeniMedia.net və YYSİB olaraq, tanınmış yazıçı Hacı Qəni Camalzadəni ürəkdən təbrik edir, ona can sağlığı, həyatda və yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.


