YYSİB 8 Noyabr Zəfər Gününü Lənkəranda qeyd etdi: veteran-yazıçı Hacı Qəni Camalzadə ilə görüş

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin təskilatçıliğı ilə dünən – 7 noyabr 2024- cü il tarixində Gənclər Paytaxtı Lənkəran Mərkəzi Kitabxanasında YYSİB Ekspertlər Şurasının və Azərbaycan Yazıçılar Birliyinin üzvü, l Qarabağ müharibəsi qazisi, tanınmiş yazıçı-publisist  Hacı Qəni Camalzadə ilə Mərkəzi Kitabxananın əməkdaşları, eləcə də rayonun qəsəbə və kəndlərinin kitabxanacilari ilə görüşü keçirilib.


Zəfər Bayramı münasibəti ilə təşkil olunmuş tədbirdə kitabxananın rəhbərliyi çıxış etdi, daha sonra sözə Hacı Qəni Camalzadəyə verdi.

Yazıçı qələbə münasibəti ilə xalqımızın və iştirakçıları təbrik etdi, ədəbiyyat, kitab, mütaliə mədəniyyəti haqqında fikirlərini bölüşdü.


“Ədəbiyyatımızda Qarabağ və  Zəfər” mövzusu ilə çıxüs edən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin təsisçisi/sədri,  www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elekteon Kitabxana portalının təsisçisi/baş redaktoru, www.yenimedia.net saytının təsisçisi/baş redaktoru, “Ədəbiyyat qəzeti” redaksiyasının şöbə redaktoru,  Prezident təqaüdçüsü, yazıçı-kulturoloq
Aydın Xan Əbilov öz çixışını Hacı Qəni Camalzadənin məhsuldar yaradıcılığı haqqında ətraflı məlumatlarla davam etdirdi.

Kitab təqdimatında həmçinin yazıçı-kulturoloq Aydınxan Əbilov,
Tədbirdə tanınmış şair Şahin Həmidli, şair Ağamir Cavad və AYB-nin Lənkəran Bölməsinin bir neçə nümayəndəsi
iştirak və çıxış etdi.
Sonra nasirin yenicə çapdan çıxmış 15 cildlik “Seçilmiş əsərləri”nin 6 cildini və başqa kitablarını Lənkəran Mərkəzi Kitabxanasına hədiyyə edib, xatirə şəkilləri çəkdirilib.
Tədbir geniş məsələlər ətrafında müzakirələr formasında müzakirə formatında davam etdirildi. Sonda təskilatçilara, YYSİB-yə, yazıçı Hacı Qəni Camalzadəyə təşəkkürlər catdırııdı, qələm adamlarina yaradıcılığında yeni – yeni uğurlar arzulandı və gənclər paytaxtında belə tədbirləri keçirilməsinin əhəmiyyəti vurğulandı.

#Zəfər #ARGİN #GİN #Lənkəran #YYİB #AGF

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir