Gəncliyə Yardım Fondunda “Öncə Vətən” sənədli filminin təqdimatı keçrildi: QHT-nin aktual layihəsi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Müharibə iştirakçılarına və şəhid ailələrinə dəstək tədbirləri ” layihəsi çərçivəsində 30 oktyabr 2024-cü ildə Bakı şəhərində Gəncliyə Yardım Fondunun ofisində “Öncə Vətən”- Sənədli filminin təqdimatı keçrildi.

Müharibə əlilləri, şəhid ailələri, müharibə veteranları və gənclərin iştirakı ilə keçrilən film təqdimatında tədbiri giriş sözü ilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri və “Müharibə iştirakçılarına və şəhid ailələrinə dəstək tədbirləri ” layihəsinin rəhbəri Emin Həsənli açaraq iştirakçıları salamladıqdan və tədbirin mahiyyəti haqqında məlumat verərək bildirdi ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətə başladığı vaxtdan elan etdiyi bütün qrant müsabiqələrində proritet istiqamətlərdən biridə müharibə əlilləri, veteranlar və şəhid ailələri olmuşdur.

“Hər il onlarla QHT bu istiqamətdə bir-birindən uğurlu layihələr icra edirlər. İnanıram ki, Agentliyin bu istiqamətdəki fəaliyyəti davamlı olacaq dövlətimizin həyata keçirdiyi siyasəti ölkə vətəndaşları arasında xüsusilədə müharibə əlilləri, veteranları və şəhid ailələri arasında təbliğ olunmasına öz töhfəsini davamlı olaraq verəcəkdir”.

Layihə haqqında fikirlərini bildirmək üçün söz qonaqlara verdi.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev, ehtiyyatda olan polkovniklər Xətai Baxışov, Hikmət Ağayev, və “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri” ictimai birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev və Gəncliyə Yardım Fondunun keçmiş vitse-prezitendi Salmam Əliyev Azərbaycan dövlətinin müharibə əlillərinə, şəhid ailələrinə və müharibə veteranlarına yönəlik həyata keçrilən dövlət siyasətindən və bu siyasətin gənc nəslin millivətənpərvərlik ruhunda yetişməsinə müsbət təsir etməsindən danışdı

Sonra layihə haqqında daha geniş danışmaq üçün söz layihənin eksperti Qarabağ qazisi, Taleh Əliyevə verildi. 

Ekspert Taleh Əliyev “Öncə Vətən” – Sənədli filmində dövlətin sözügedən kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərin bu sahədə çalışan hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin təqdimatında hazırlandığını tədbir iştirakçılarının nəzərinə çatdırdıqdan sonra filmə baxış oldu.

Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri və gənclər də çıxış edərək “Öncə Vətən” sənədli filmi haqqında öz təsüratlarını bölüşdülər. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir