Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyi AGF-nin dəstəyi ilə layihə tədbiri keçirdi
Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə 1 sentyabr 2024-ci il tarixdən icrasına başlanan “Gənclər arasında ekoloji maarifləndirmə və bu istiqamətdə yeni addımların atılması” layihəsi çərçivəsində silsilə maarifləndirici tədbirlər keçirilib.
Növbəti tədbirlərini oktyabr ayının 21-dən oktyabr ayının 25-nə qədər Qazax və Ağstafa rayonlarında gənclər arasında ekoloji maarifləndirmə ilə bağlı diskusiya xarakterli təlimlər həyata keçirilmişdir. Keçirilən tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri, rayonda fəaliyyət göstərən ali və orta ümumitəhsil məktəblərinin yuxarı sinif şagirdləri və həmçinin rayonda aktiv fəaliyyət göstərən gənclər iştirak etdilər.
Öncə tədbir iştirakçılarını salamlayaraq və onlara bu şəraiti yaratdığına görə rayon icra hakimiyyətinin başçılarına və rayon rəsmilərinə təşəkkürünü bildirən layihə rəhbəri Hafiz Əzəmmədov layihənin məqsədi haqqında məlumat verdi. Çıxışı zamanı bildirdiki,ekologiyanın qorunması, yeni yaşıllıqların salınması, təbiətin mühafizəsi hər bir vətəndaşın qarşısında qoyulan ən vacib və gərəkli addımlardan biri olmalıdır. Bu istiqamətdə görülən hər hansı bir yeni layihələr nəyinki təbiətin zənginləşməsi gələcək nəsillərin sağlam böyüməsinə və inkişaf etməsinə öz təsirini göstərəcək.
Daha sonra geniş məlumat vermək üçün söz təlimçi-ekspert Fərid Zülfüqara verildi.Təlimçidə öz növbəsində tədbir iştirakçılarına maarifləndirici tövsiyyələrini verdi , tədbir diskusiya şəklində keçdi.
Tədbirin iştirakçılarına layihə çərçivəsində üzərində donorun və ictimai birliyin loqosu,layihənin adı qeyd olunan qısaqol köynəklər paylandı.