“Gənclərlə ekologiya elminin öyrənilməsi, ekologiyanın qorunmasının təbliğ edilməsi” mövzusunda tədbir
Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə dəstəyi ilə “Gənc Vətənpərvərlər” İctimai Birliyi (GVİB) “Gənclər arasında ekoloji maarifləndirmə və tərbiyə işinin kompleks təşkili“ adlı layihə çərçivəsində növbəti tədbirini Azərbaycan Turizm və Menecment Universitetində gerçəkləşdirib.
24 oktyabrda keçirilən tədbir Gənclər Fondunun maliyyə yardımı ilə baş tutub. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. İctimai Birliyin bu tədbiri gənclər arasında və əhalinin, ictimaiyyətin ekoloji mədəniyyətinin müasir tələblər səviyyəsində formalaşması, ölkədə ekoloji cəmiyyətin bərqərar olmasına yönəlib. Ekoloji sivilizasiya mahiyyət etibarı ilə ətraf mühitə, onun əsas amillərinə (hava, torpaq, su, flora, fauna və s.) neqativ və antropogen amillərin qarşısının alınması, təbii resurslardan düzgün və məqsədyönlü istifadə olunması, qorunub saxlanmasına layihənin də, tədbirin də əsas məqsədlərindəndir.
Tədbiri giriş sözü ilə acqan Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə Gənclər Təşkilatının sədri, təşkilatçı İsa Həşimov iştirakcıları salamladı və qeyd etdi ki, ekologiya elminin öyrənilməsi, təbliğ edilməsi, inkişafı, onun əsas müddəalarının yerinə yetirilməsi gənclərdən asılıdir. Bu yönümlü layihələrin mütəmadi həyata keşirilməsinə ehtiyac duyulur.
Layihənin rəhbəri, ictimai xadim Müqamət Əliyev tədbir iştirakcılarını salamlayandan sonra tədbirin mahiyyətindən və bu layihədən çoxsaylı gənclərin faydalanmasının vacibliyindən söhbət acıb. M.Əliyev onu da bildirdi ki, COP29-un gənclər üçün geniş imkanlar yaradır. O, həmçinin bu mötəbər beynəlxalq tədbirin gənclər arasında beynəlxalq miqyasda birgə təşəbbüs və əməkdaşlığın vacibliyini vurğuladı. COP-un dünyada qlobal iqlim problemlərinə diqqətçəkən ən əsas və mühüm platforma olmasını açıqlayan layihə rəhbəri onu da sölədi ki, 1995-ci ildən başlayaraq bəşəriyyətinən böyük problemi olan iqlim dəyişmələrinin qarşısını almaq üçün dünya liderləri məhz bu platformada birləşib. İqlim dəyişmələri ilə mübarizədə ən vacib qərarlar da məhz COP çərçivəsində qəbul edilməsi barədə məlumatlar verən çıxışçı dedi ki, 1992-ci ildə Rio de Janeyro şəhərində BMT-nin İqlim Dəyişimləri üzrə Konvensiyası qəbul olunub. Azərbaycan 1995-ci ildə bu konvensiyanı, 2000-ci ildə Konvensiyanın Kioto Protokolunu, 2017-ci ildə isə Paris Sazişini ratifikasiya etməklə qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub.
Sonda M.Əliyev onu da iştirakçıların nəzərinə çatdırdı ki, ölkəmiz neft-qaz cəhətdən zəngin olsa da, “yaşıl enerji” sahəsində inkişafa xüsusi diqqət ayırır. Belə möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi regionda iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə və sülhün inkişafına böyük təsir edəcəkdir. Belə möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi regionda iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə və sülhün inkişafına böyük təsir edəcəkdir.
ATMU –n THİU sədri, könüllü təlimçi Samir Abdulayev beynəlxalq aləmi ciddi düşündürən, narahat edən kəskin iqlim dəyişmələri, temperaturun qlobal səviyyədə artmasının doğurduğu ciddi fəsadlar mövzularında izah verdi.
Daha sonra çıxış edən universtetin tələbələrindən Aydan Rəhimova, ADİU tələbəsi Sara Əliyeva, Tahir Quliyev, Sənan Bəndəliyev və başqaları gənclərin COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərinin təbliğ olunmasından, təhsil müəssisələrdə ekoloji mədəniyyətinin müasir tələblər səviyyəsində formalaşmasından, ekologiya elminin öyrənilməsi, ekologiyanın qorunması və s. istiqamətlərdə təbliğat işinin aparılmasından söhbət acdılar.
Sonda “COP-29 nədir?” əks etdirən videoçarx və fotoslaydar nümayiş olundu, tələbələrin suallar cavablandırıldı. Layihə, eləcə də tədbir iştirakçıları əsasən gənclərdən ibarətdir. Tədbirdə, Azərbaycan Turizm və Menecment Universitetin tələbələri, müvafiq struktur rəhbərləri, layihə üzrə təşkilat komitəsinin üzvləri və QHT–nin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.