YYSİB-nin təşkilatçılığı ilə növbəti ədəbi tədbir kecirildi: Hacı Qəni Camalzadə ilə görüş
YYSİB-nin təşkilatçılığı ilə növbəti ədəbi tədbir kecirilib. Oktyabrın 19-da baş tutan ədəbi goruş-muzakirə Bakının Qaradağ rayonu, Sahil qəsəbəsinin MKS-na daxil olan 2 saylı filial-kitabxanada reallaşdırıldı.

l Qarabağ qazisi, tanınmış yazıçı, YYSİB eksperti Hacı Qəni Camalzadə ilə gənc oxucuların növbəti görüş-müzakirəsi də maraqlı və canlı debat formasinda kecirilib.
Tədbirin əvvəlində məhsuldarmüəllif öz yaradıcılıq fikirlərini gənc nəslin nümayəndələri ilə bolüşüb.
Hacı Qəni Camalzadə yaradıcılıq xüsusiyyətləri, kitabları, mütaliə problemləri ətrafında fikirlərini də bölüşdü. O, kitabın, mütaliənin, təhsilin vacibliyini vurğulamaqla yanaşı, gənclərin ədəbiyyata marağının artırılması barədeə də aktual mülahizələrini çatdırdı.
Sonra Yeni Yazarlar və Sənətçilqr İctimai Birliyinin sədri, taninmıs yazıçı-kulturoloq Aydın Xan Əbilov Hacı Qəni Camalzadənin həyat və yaradıcılığı haqqında geniş məruzə ilə cixiş edib.
O bildirib ki, ölkənin müxtəlif kitabxanalarında Yeni Yazarlar və Sənətçirər İctimai Birliyininm Ekspert Şurasının üzvü, tanınmış yazıçı Haci Qəni Camalzadə ilə oxucuların və kitabxana əməkdaşlarının görüşlər keçirilir.
Aydın Xan Əbilov məhsuldar naşir, satirik əsərlər və oxunaqlı romanlar müəllifi, l Qarabağ müharibəsinin qazisi Hacı Qəni Camalzadənin yaradıcılığını yüksək dəyərləndirdi.
“Ekologiya” qəzetinin baş redaktoru, şair-publisist Şahin Həmidli qələm dostu haqqında ürək sözlərini söylədi, yazdiği şeir oxudu.,
Kitabxananın direktoru ulduz Heybqtova öz çıxışında Azərbaycanda məhsuldar yazıçı və romanist kimi tanınan Hacı Qəni
Camalzadənin yaradıcılıq məziyyətləri haqqında fikirlərini bölüşdü
Sonda iştirakçıların suallarına cavab verilib, xatirə səkillərio çəkilib.
Görüşdən videolara bu linklər vasitəsilə baxa bilərsiz:
https://vt.tiktok.com/ZSj17reBs/
https://www.facebook.com/share/p/aPkZ9vnkwdBNTR5a/
https://www.instagram.com/p/DBTWhVKIcdX/?igsh=ZWhvaHl3c25lMTM3

