“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı” YYSİB-nin eko-layihəsi
Azərbaycan Respublikasının Gənclər Fondunun yeni qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi “Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı” adlı eko-kreativ layihəsini həyata keçirir.
Oktyabrın 1-dən yeni nəslin ekoloji neo-maarifləndirilməsi istiqaməti üzrə həyata keçirilməsinə başlanılan layihənin rəhbəri Aydın Xan Əbilovun bildirdiyinə görə, üç ay müddətində aktual fəaliyyət formaları ilə geniş ictimaiyyətƏ xüsusən gənclər arasında ətraf mühitə sayğı və qayğının təbliğatı aparılacaq. Layihə, eyni zamanda, Prezident İlham Əliyevin elan etdiyi “2024-cü il: Yaşıl dünya naminə Həmrəylik İli”, həmçinin noyabr ayında ölkəmizdə eçiriləcək nüfuzlu “COP-29” beynəlxalq tədbirə kreativ ictimai-sosial, ideoloji-informativ dəstək verməklə, gənclər arasında ətraf mühitin qorunmasının vacibliyini, ekologiyanın mühafizəsinin populyarlaşdırlımasını, çağdaş dövrümüzün eko-problemlərinin ictimailəşdirilməsini nəzərdə tutulub.
Layihə heyəti yeni nəsil yaradıcı gənclərin, eko-kreativlərin iştirakı ilə ədəbiyyat və sənət dili, eləcə də bloqqer, youtuber, tiktoker kimi yeni sosial şəbəkə janrları – təqdimat formatları ilə ölkəmizdə neo-maarifçilik hərəkatının formalaşmasına təkan vermək üçün müxtəlif istiqamətdə fəaliyyət göstərməyi planlaşdırır. Yeni nəsil nümayəndələri arasında ədəbi-eko “Qırmızı Kitab”, eko-sosial video-çarx və video məhsullar, real ekoloji aksiya, virtual eko-kampaniyalar, bunların təqdimatlarının təşkili ilə hər bir vətəndaş ölkəmizin, eləcə də planetimizin gələcəyinə cavabdehliyini vurğulamaq, bu məsuliyyəti özündə birləşdirən intellektual-kreativ fəaliyyətlərə maraq oyatmağı həvəsləndiriləcək.
Bu yaxılarda Azərbaycanda keçiriləcək COP24 Beynəlxalq eko-tədbirə bölgələrdə, İnternetüstü – sosial şəbəkələr vasitəsilə, bütün respublika və dünyada üzrə yeni nəsil nümayəndələri arasında fərqli formatlarda eko-innovativ fəaliyyətlərə motivasiya edilməsidə əsas görüləcək işlərdəndir. Qlobal çağırışlara uyğun gənclərin ətraf mühitə cavabdehliyi, təbiəti qorumaq, planetin ekoloji gələcəyi uğrunda aktiv mübarizə aparmaq, zibillərin idarə edilməsi, təkrar emalı, meşə və su hövzələrinin mühafizəsi, heyvanlar və ağac-bitki fondunun tükənməsinin qarşısını almaq üçün hər kəsin məsuliyyətinin dərk edilməsi, ərzaq təhlükəsizliyi, dəniz, göl, çay və içməli su hövzələrinin təmizliyinə çalışmaq, torpaqların eroziyasının qarşısını alınması, alternativ – günəş, külək enerjisi, bio-yanacaq, elektrik nəqliyyat vasitələrinə keçidin vacibliyi, fiziki hərəkətlərin insan sağlamlığına xeyri, bir sözlə, eko-çağırışlara cavab verən metodlarla yeni formatlı neo-maarifçilik təbliğat həyata keçiriləcək dəstəklənir.
Layihə komandası aşağıdakı məsələlər ətrafında fəaliyyətləri dəstəkləməyi qarşısına məqsəd qoyub:
– Gənclərin iştirakı ilə fərqli, yeni ekoloji hərəkatın formalaşdırılması;
– Yeni nəsil kreativlərin irəli sürdüyü eko-innovativ ideyaların reallaşdırılmasına təkan verilməsi;
– Yaradıcı şəxslərin ekologiya, eko-fəallıq, ətraf mühitin mühafizəsi, təbiət gözəlliklərinə həsr olunmuş ədəbi-poetik, elmi-kütləvi, publisitik əsərlərindən ibarət ədəbi-eko “Qırmızı Kitab”ın kağız və elektron variantının hazırlanması, çapı, yayımı, təqdimatı;
– Gənc kreativlərin iştirakı ilə sənət formasında – eko-sosial çarx vasitəsi ilə yeni nəsil arasında ekoloji maarifləndirmənin güçləndirilməsi;
– İKT imkanlarından bəhrələnməklə, bloqqer, youtuber və tiktokerlərin iştirakı ilə sosial şəbəkələrdə, yeni mediada rəngarəng təqdimat formatları ilə ölkəmizdə neo-maarifçilik hərəkatının formalaşmasına təkan verilməsi, onu güclü İnternet platformasına çevrilməsinə səy göstərilməsi;
– Lənkəranda real ekoloji aksiyalar, Xəzər sahilini zibillərdən təmizləmək üçün təşəbbüsləri reallaşdırılması;
– İnternet üzərindən – müxtəlif sosial şəbəkələrüstü virtual eko-kampaniyaların, neo-maarifçilik aksiyalarının, ictimai “yaşıl” müzakirələrin təşkili;
– Layihə və fəaliyyət məhsullarının təqdimatlarının təşkili ilə gənclər vasitəsilə gemiş ictimaiyyətin, o sıradan əlillərin ölkəmizin və planetimizin gələcəyinə cavabdehliyini vurğulanması, zəmanənin bu qlobal məsuliyyətini özündə birləşdirən intellektual-kreativ fəaliyyətlərə həvəsləndirilməsi;
– KİV, mətbuat, yeni medai, sosial şəbəkələrdə geniş eko-təbliğatın aparılması.
Eko-fəal gənclər, müxtəlif yaşda, cinsdə, fərqli intellektual səviyyədə olan ekoloji aktivistlar, yaradıcı kreativlər, Bakıda və Lənkəran rayonunda yaşayan gənc yaradıcı qüvvələr, eko-intellektuallar, eko-jurnalistlər, eko-bloqqerlər, yerli icma nümayəndələri, müəlliflər, yeniyetmələr, tələbələr layihənin əsas iştirakçıları olacaq. Eyni zamanda İnternet və sosial şəbəkələr vasitəsilə respublikamızdakı, eləcə də dünyadakı yeni nəsil nümayəndələri – xaricdəki soydaşlarımız, gənclər və tələbələr, məktəblilər, yeniyetmələr, ekoloqlar, eko-aktivistlər, yaşıllar hərəkatının tərəfdarları, kreativ əlil gənclər, eko-tanıtıma ehtiyacı olanlar müxtəlif formatlı fəaliyyətlərə cəlb olunsalar da, layihənin sonunda eko-innovativ, neo-ekoloji hərəkatın vahid üzvləri kimi bir platformada birləşdirilməsinə çalışılacaq.
Layihə çərçivəsində geniş fəaliyyət istiqamətləri ilə cəmiyyətin müxtəlif təbəqələri, xüsusən gənc nəsil arasında yeni ekoloji bilik və bacarıqların inkişafına təkan verilməsi planlaşdırılır. Fəaliyyətə cəlb ediləcək komanda üzvləri sonrakı mərhələdə eko-maarifçiliyi təbliğ edəcək platformanın əsas fəalları kimi formalaşacağı gözlənilir. Azərbaycanda keçiriləcək COP-29, eyni zamanda Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl dünya həmrəylik ili”nə bölgələrdə veriləcək dəstək planları və modelləri hazırlanacaq, geniş ictimaiyyətin müzakirəsinə çıxarılacaq. Layihənin, eləcə də fəaliyyətlərin KİV və yeni mediada tanıtımı vasitəsilə eko-maarifçilik genişləndirilməsinə, onun işində gənclərin və yeni nəsil kreativlərin iştirakı təmin ediləcək. Gənclərin iştirakı ilə ekoloji hərəkatın formalaşdırılacaq, yeni nəsil kreativlərin irəli sürdüyü eko-innovativ ideyaların reallaşdırılacaq. Yaradıcı şəxslərin ekologiya, eko-fəallıq, ətraf mühitin mühafizəsi, təbiət gözəlliklərinə həsr olunmuş ədəbi-poetik, elmi-kütləvi, publisitik-maarifləndirici əsərlərdən ibarət ədəbi-eko “Qırmızı Kitab”ın kağız və elektron variantının hazırlanacaq, çap ediləcək, paylanması, İnternet və e-kitabxanada yayımı, təqdimatı təşkil ediləcək. Gənc kreativlərin iştirakı ilə hazırlanaraq yayımlanacaq eko-sosial çarx vasitəsi ilə yeni nəsil arasında ekoloji maarifləndirmə güçləndiriləcək. Lənkəranda real ekoloji aksiyalar reallaşdırılacaq, Xəzər sahilinin zibillərdən təmizləmək üçün təşəbbüslər reallaşdırılacaq, yerli icma nümayəndələri bu işə cəlb ediləcək. İnternet üzərindən – müxtəlif sosial şəbəkələrüstü virtual eko-kampaniyaların, neo-maarifçilik aksiyaların, müzakirələrin təşkili ilə ekoloji tarazlığa çağırışlar ediləcək. Layihə və fəaliyyət məhsullarının təqdimatlarının təşkili ilə hər bir vətəndaşın ölkəmizin və planetimizin gələcəyinə cavabdehliyini vurğulanaraq, bu məsuliyyəti özündə birləşdirən intellektual-kreativ fəaliyyətlərə həvəsləndiriləcək.
Eko-layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi dəqiq işlənmiş media-plan vasitəsilə reallaşdırılacaq. Layihənin təqdimi və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın ekologiya ilə bağlı aparılan eko-mədəni siyasətin tanıdılması, yaradıcı kreativlərin estetik bacarıqlarının ekoloji neo-maarifləndirməyə yönəldilməsi, İnternet resursları, sosial mediada, ayrıca saytlarda, televiziyada və mətbuatda mövzu/layihə haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaq. Fəaliyyətlərlə bağlı aparılan işlərin hesabatları yazılı və elektron KİV-də yayımlanacaq, qurumun rəsmi saytında yerləşdiriləcək. Layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimatına və sosial şəbəkələrdəki virtual təbliginə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycan ekoloji mədəniyyəti haqqında məlumatların geniş yayılmasına səbəb olacaq. Televiziya, radio, İnternet və ölkəmizin nüfuzlu mətbu orqanlarında, yeni mediada, İnternet saytlarında, İnternet TV, Fesybuk, Tvitter, İnstagram kimi sosial şəbəkələrdə həyata keçiriləcək layihə, eko-maarifşilik haqqında ekspert rəyləri, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaq, ictimaiyyətin müzakirəsinə buraxılacaq.
Yeri gəlmişkən, YYSİB 1993-cü ildən gənclər arasında milli, eləcə də dünya mədəniyyət, elm, incəsənət və ədəbiyyat hadisələrinin təbliğini aparır, yeni media, virtual ədəbiyyat, neo-maarifçilik missiyasını yerinə yetirir. Real, həmçinin, virtual təlim və kursların təşkili, Azərbaycan intellektual sərvətlərini, ədəbiyyatı, mədəniyyəti, elmi, incəsənəti, sənətin müxtəlif qollarını, elektron resursları inkişaf etdirmək, zənginləşdirmək, xaricdə tanıtmaq istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər edən təşkilat, kreativ innovasiyalar, elektron kitabxana, yeni virtual yazı və mütaliə mədəniyyəti, alternativ təhsil, e-kitablar kimi sahələrdə fəaliyyətini qurub.
Təşkilat 13 il respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, elm, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, qəzetçilik, yeni media və İnternet kitabxana, e-itab, bloqqerlik, sosial media, alternativ təhsil fəaliyyəti ilə məşğul olur. 13 dəfə Bakı Kitab Bayramı – illik Milli Kulturoloji layihə həyata keçirib, 20 kitab nəşr etmiş, çoxsaylı mətbuat-ədəbiyyat layihələrini reallaşdırıb. Hazırda İnternetdə və ictimai düşüncədə “Virtual Azərbaycan” layihəsini gerçəkləşdirir. QHT-nin bu dəyərli layihəsi əsasında www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana – İnternet portalı yaradılıb və fəaliyyət göstərir. İnternetdə və sosial şəbəkələrdə 20-yə yaxın anadilli elektron resursu fəaliyyət göstərir. İndiyəcən bir neçə kurs təşkil edib və 10000-dən artıq elektron kitabı hazırlayaraq İnternet istifadəçilərinin azad istifadəsinə verilib. 10-dan çox sənədli film, 100-dən çox sosialəhəmiyyətli çarx, minlərlə elektron nəşrlər, yüzlərlə TV verilişlər hazırlayıb yayımlanır.
YYSİB-nin Azərbaycan Respublikasının Gənclər Fondu vasitəsilə həyata keçirdiyi bu yeni kreativ eko-layihə də sənət vasitəsilə ekoloji neo-maarifləndirməni genişləndirərək ətraf mühitin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Hidayət Ayxan Əbilli,
YYSİB-nin İctimaiyyətlə Əlaqələr, Analitik-İnformasiya Bölümü
Bakı şəhəri, 17. 10.2024

