“Gənc Vətənpərvərlər” İctimai Birliyi: “Gənclər vətənpərvərlik ruhu” mövzusunda tədbiri
“Gənc Vətənpərvərlər“ İctimai Birliyinin “Gənclər vətənpərvərlik ruhu” istiqamətində tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Gənc Vətənpərvərlər “İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin vətənpərvərlik ruhu“ adlı layihə çərçivəsində, Azərbaycan Dövlət Neft və Sənaye Universtetin nəzdində Bakı Neft – Energetika Kollecində “İndi bizim əsas vəzifəmiz gənclərdə vətənpərvərlik ruhunu, milli ruhu qaldırmaqdır” mövzusunda tədbir keçirib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra olkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İctimai Birliyin bu tədbiri gənclər arasında Aprel və İkinci Qarabağ – Vətən Müharibəsi döyüşlərində iştirak edən qazi və şəhidlər haqqında məlumatlandırma, həmcinin vətənpərvərlik hisslərinin gücləndirilməsinə yönəlmişdi.
Kollecin tərbiyə işləri üzrə direktor müavini Hüseyn Hüseynov tədbiri açıq elan etdi, layihə haqqında ümumi məlumat verdu və Kollecin direktoru dos. Ata Babayevin salamlarını tədbir iştirakşılarına çatdırdı.
O, sonra qeyd etdi ki, müstəqil Azərbaycanın inkişafı ilk növbədə gənc nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır.
Vətənpərvər olmayan gənclik cəmiyyətin idarə olunmasında heç bir rol oynaya bilməz.
“Bu baxımdan yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi mövzuda təbliğat xarakterli maarifləndirmə işləri davam etdirlməlidir”
Layihənin rəhbərii, ictimai xadim Müğamət Əliyev qeyd etdi ki, gənclərin vətənpərvər ruhda böyümələrində, Qarabağı azad edən qəhrəman zabit və əsgərlərimizin üzərində müəllimlərin də böyük zəhməti var.
M.Əliyev xüsusi olaraq qeyd etdi ki, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində çoxsaylı könüllü tələbə-gənclər düşmənə qarşı vuruşub, qəhrəmanlıqlar göstərib.
“Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarının ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir”, -deyə o, üzünü gənclərə tutaraq bildirib.
Tədbirin sonunda Azərbaycanın qazi və qəhrəmanların döyüş yolunu əks etdirən videoçarx və fotoslayder nümayiş olunub. “Vətənpərvərlik – Vətənə xidmətin ali zirvəsidir” mövzusunda inşa yazısı müsabiqəsinin birinci yerin qalibi Yunisova Röyalənin, ikinci yerin qalibi Novruzlu Zəhraxanım və üçüncü yerin qalibi Səfərova Aygülümə təskilatin sertifikat və hədiyyələr, digər iştirakçılara isə təşəkkürnamələr təqdim olunmuşdur.
Tədbirdə, Azərbaycan Dövlət Neft və Sənaye Universtetin nəzdində Bakı Neft -Energetika Kollecin tələbələri, Kolecin müvafiq struktur rəhbərləri, GVİB-n İdarə Heyətinin uzvləri, Qarabağ qaziləri və QHT nümayəndələri iştirak edib.
Qeyd edək ki, layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyin dəstəyi ilə həyata keçirilir.
GVİB-nin mətubat və informasiya şöbəsi

