Növbəti ədəbiyyat görüşü yazıçı Hacı Qəni Camalzadə ilə keçirilib
Bu yaxınlarda – 25 sentyabr 2024-cü il tarixində Bakı şəhəri, Səbail Rayon MKS-nin Mərkəzi Kitabxanasında Yeni Yazarlar və Sənətçirər İctimai Birliyin Ekspert Şurasınin üzvü, tanınmış yazıçı Haci Qəni Camalzadə ilə oxucuların və kitabxana əməkdaşlarının görüşü keçirildi.
Tədbiri kitabxananın direktoru Nərmin xanım açaraq mötəbər qonaqları salamlaladı və sözü yazıçıya verdi.
Hacı Qəni Camalzadə yaradıcılıq xüsusiyyətləri, kitabları, mütaliə problemləri ətrafında fikirlərini bölüşdü. O, kitabın, mütaliənin, təhsilin vacibliyini vurğulamaqla yanaşı, gənclərin ədəbiyyata marağının artırılması barədeə də aktual mülahizələrini çatdırdı. Daha sonra Yeni Yazarlar və Sənətçirər İctimai Birliyin sədri, ictimai və mədəniyyət xadimi, tanınmış yazıçı-kulturoloq Aydın Xan Əbilov məhsuldar naşir, satirik əsərlər və oxunaqlı romanlar müəllifi, l Qarabağ müharibəsinin qazisi Hacı Qəni Camalzadənin yaradıcılı haqqında geniş məruzə ilə çıxış edib.
Görüşdə iştirak edən “Ekologiya” qəzetinin baş redaktoru, şair Sahin Həmidli də öz çıxışında Azərbaycanda məhsuldar yazıçı və romanist kimi tanınan Hacı Qəni
Camalzadənin həyat və yaradıcılıq məziyyətləri haqqında fikirlərini bölüşüb.
Sonunda iştirakçıların suallarına cavab verilib, xatirə səkillərio çəkilib.

