Milli Məclisin yeni üzvləri: “Əlibala Məhərrəmzadə barədə birtərəfli fikirlər yalnışdır” – İctimai xadim Rasim Məmmədov
İctimai nəzarət fəlsəfəsini həyata keçirmək üçün geniş monitorinqlərinə başlayan,
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi ilə Sabitlik və İnkişaf Mərkəzi İB-nin təsisçisi olduğu İNK-nın baxış bucağı bu dəfə Şimal bölgəmizə, Quba rayonuna tərəf yönəlib.
Belə ki, mobil ictimai nəzarət qrupu ilə bu bölgəyə səfər edən “Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi”nin I vitse-prezidenti, İctimai Nəzarət Təşkilatının rəhbəri, “Sabitlik və İnkişaf Mərkəzi” İB-nin sədri Rasim Məmmədov Quba rayonunda səfərdə olarkən, bu yaxınlarda Milli Məclisə bu bölgədən deputat seçilmiş Əlibala Məhərrəmzadə barədə əhalinin fikrini öyrənmək üçün onlarla insanla görüşmüşdür.
Rayon sakinlərinin bir çoxunun yeni deputatları barədə fikirlərini maraqla dinləyən, Qubanın bir çox kənddində əhali ilə görüşüb söhbət etmiş Rasim Məmmədov ictimai fikrin vacibliyini vurğulayıb. Millət vəkili Əlibala Məhərrəmzadənin gənclik illərindən bəri ürəyinin xalq ilə birgə döyünməsi haqqında , elmi və biznesi ilə həyatını qubalılara həsr etməsi, xeyirxahlığı, insanpərvərliyi ilə rayon sakinlərinin rəğbətini qazanması ilə bağlı geniş ictimaiyyətin fikirlərini dinləmiş, Azərbaycanımızın inkişafı naminə belə peşəkarların Parlamentə seçilməsinin vacibliyini bildirmişdir:
“Qubada bir çox iri layihələrin həyata keçirilməsi, insanların sağlamlığına xidmət edən böyük bir sanatoriyanın açılması, imkansızlara maliyyə yardımının ayrılması Əlibala Məhərrəmzadənin xeyirxah işlərinin bir qismini təşkil edir. Evsiz insanların evlə təmin olunması, işsiz insanlara isə iş verilməsi, bir çox kasıb qubalı gəncin doğma torpaqlarında və qonşu dövlətlərdə yüksək təhsil almasına yardım edilməsi faktları bu xeyirxah şəxsiyyətin mərhəmətindən xəbər verir…”
İctimai xadim Rasim Məmmədov onu da əlavə edib ki, özünün də dincələrək müalicə aldığı sanatoriyada qiymətlərin hər kəsin cibinə uyğun olması çox təqdirəlayiq haldır. Sanatoriyada dincəlib müalicə alarkən, millət vəkilinin fəaliyyəti və gördüyü təqdirəlayiq işlər haqqında deyilənlərin canlı şahidi olduğunu söyləyən R.Məmmədov əmin olduğunu bildirib ki, bu dəyərli iş adamının bir kimsəyə hansısa borcu yoxdur.
Rasim Məmmədov onu da vurğulayıb ki, bədxahlarının qara PR-nı araşdırmaq üçün İctimai Nəzarət Təşkilatının ekspertlərindən ibarət mobil qrupun üzvləri onun başçılığı altında Qubada rayonun iqtisadi cəhətdən çiçəklənməsinə xidmət edən iş adamı və ictimai xadimi kimi Ə.Məmmədzadə şimal bölgəsinin əhalisi arasında sonsuz məhəbbət qazanmışdır.
Beləcə, İNT biznes sahibinə qarşı böhtanları aşkara çıxarması ilə Quba sakinlərinin dərin məhəbbətini qazandı.
***
Yeri gəlmişkən, qubalı elm xadimi və iş adamı Əlibala Səttar oğlu Məhərrəmzadə ilk dəfə millət vəkili adı qazanıb. O, seçkilərin ilkin nəticələrinə görə, 12023 sǝs (57.4 faiz) toplayıb.
Tanınmış siyasi xadim Vahid Əhmədov namizədliyini geri çəkilməsindən sonra 59 saylı Quba seçki dairəsindən deputat mandatı qazanmağa ən iddialı şəxs Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Əlibala Məhərrəmzadə sayılırdı.

Millət vəkili Əlibala Məhərrəmzadənin bioqrafiyası
9 avqust 1976-cı ildə Qubada anadan olub. 1993-1997-ci illərdə Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun (UNEC) İdarəçilik fakültəsində bakalavr pilləsi üzrə təhsil alıb. Həmin təhsil illəri müddətində Turan Yazqanın təşəbbüsü ilə Türkiyənin Boğaziçi Universitetində təhsil alıb.
1999-cu ildə İstanbul Universitetinin İqtisadiyyat şöbəsini bitirərək, iqtisad elmləri Professoru elmi dərəcəsini alıb.
Əlibala Məhərrəmzadənin biznes fəaliyyəti
2006-ci ildə “Caspian Audit Company” MMC-ni təsis edib. O, indi də həmin şirkətin direktorudur.
Eyni zamanda, o, Azərbaycan orta əsrlər tarixini əks etdirən “Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı bədii-sənədli filminin prodüseri olan “Shahdag Cinema Production” MMC-nin təsisçisidir.
2015-ci ildə “Şahdağ İdman Klubu”-nu təsis edib..
2019-cu ilin dekabrında açılışı olmuş Ukrayna Ticarət Evinǝ də rəhbərlik edir.
Eyni dövrdə “Şahdağ Quba Truskavets” Tibbi Sanatoriyasını təsis edib.
Əlavə məlumat
Ə.Məhərrəmzadə 2010-cu ildə də parlament seçkilərində namizədliyini irəli sürüb. O, 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd olsa da, uğur qazana bilməyib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, eyni zamanda, Ukrayna Milli Elmlər Akademiyasının və Ukrayna Yazıçılar Birliyinin fəxri üzvüdür.

