Masallıdan olan seçicilər Məşhur Məmmədov deyir
Yeni Azərbaycan Partiyasının İdarə Heyəti Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərdə 74 saylı Masallı Seçki Dairəsindən deputatlığa namizəd olaraq Məşhur Məmmədovu göstərməsi Masallı seçicilərinin sevincinə səbəb oldu.
Bu sevincin başlıca səbəbi Məşhur müəllimin Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı olaraq seçicilərinin etimadını doğrultmasıdır.
2020-ci ildən Milli Məclisin İntizam Komissiyasının üzvü, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Azərbaycan-Sinqapur parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri olan “Tərəqqi” Məşhur Şahbaz oğlu Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 oktyabr 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Ölkənin qanunvericilik orqanında təmsil olunmazdan öncə də o, biznes sahəsində parlaq simalardan biriydi. Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədri olaraq ölkə iqtisadiyyatının güclənməsində xüsusi yeri olan Məşhur Məmmədov Azərbaycan istehsalı olan mebellərin dünya bazarında tanınmasında böyük xidmətləri olub.
Taleyinə Vətənə və xalqına xidmət etmək missiyası yazılanlar Tanrı tərəfindən sevilən insanlar olur. Bəşəri duyğularla yaşayan, xalqına, millətinə layiqli övlad olmağa çalışan, onun yolunda hər cür fədakarlığa hazır olan Məşhur Məmmədov Tanrı tərəfindən ona həvalə olunmuş xeyriyyəçilik missiyasını şərtsiz icra edir və bundan xüsusi zövq alır.
Məşhur Məmmədov Millət vəkili seçildikdən sonra hər zaman xalqın, seçicilərinin yanında olaraq, onların problemləri ilə maraqlanır, həlli yollarında öz köməyini əsirgəmir.
Xüsusən sərt karantin və Vətən Müraribəsi günlərində Məşhur Məmmədov öz fəallığı ilə seçilən millət vəkillərindən oldu.
Masallıdan olan şəhid ailələrini və qaziləri hər zaman diqqətdə saxlayan millət vəkili dövlət bayramları və xüsusi günlərdə belə ailələrə baş çəkir, evlərinə sovqat göndərir.
Məşhur Məmmədovun təşəbbüsü ilə yazıçı-publisist Nurəddin Ədiloğlu Vətən Müharibəsində şəhid olmuş masallılıların döyüş yolundan bəhs edən “Şəhidlik manifesti” adlı xatirə kitabı yazıb.
Millət vəkilinin dəstəyi ilə Masallı şəhərinin mərkəzi hissəsində yerləşən “Qəhrəmanlar parkı” əsaslı təmir edilib. Parkda Milli Qəhrəman adı qazanmış üç, Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş iki şəhidimizin büstü qoyulub. 1-ci və 2-ci Qarabağ Müharibəsində şəhid olan 242 Masallı şəhidinin mərmər lövhələrə həkk olunmuş şəkilləri abidəyə bərkidilib, parkın girişində qələbəmizin simvolu olan “Dəmir yumruq” abidəsi ucaldılıb.
Rayonun tarixi keçmişinə, tanınmış ziyalılarına hər zaman diqqət göstərən Məşhur Məmmədovun təşəbbüsü ilə tanınmış mütəfəkkir, folklor şünas alim Teymur bəy Bayraməlibəyovun 160 illik yubileyini ölkə səviyyəsində qeyd edildi, doğuldu Yeddioymaq kəndində büstü qoyularaq, həyat və yaradıcılığından bəhs edən “Nurlu Yol” sənədli filmi çəkildi.
Təhsilə önəm verən Məşhur müəllimin dəstəyi ilə ölkədə anoloqu olmayan “Masallı Təhsil Fondu” yaradıldı. Fond tərəhindən hazırda Masallıdan yüzlərlə tələbə qıza təqaüd verilir, təhsil xərcləri ödənilir.
Heydər Əliyev Fondunun təşəbbüsü Məşhur müəllimin maddi dəstəyi ilə müasir standartlara uyğun olan 1 və 4 saylı uşaq-tərbiyə müəssisələrinin, gənc idmançılar üçün Stolüstü Tennis Federasiyası Masallı Filialı üçün geniş idman mərkəzi, rayonda yerləşən Heydər Əliyev Mərkəzi üçün konfrans zalı tikilib.
Əlbəttə ki, sadalananlar vətənpərvər millət vəkilimizin gördüyü işlərin cuzi bir hissəsidir.
İnanırıq ki, Məşhur Məmmədov Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərində 74 saylı Masallı Seçki Dairəsindən olan seçicilərin yüksək faizlə səsini toplayaraq yenidən parlamentdə onların nümayəndəsi olacaqdır.
Uğurlar arzulayırıq.
Cəfər Cəfərov,
Asiya.az Xəbər Portalının baş redaktoru