Deputatlığa namizəd Aydın Əhməd oğlu Əbilov. Qısa Tərcümeyi-halı. 17 saylı Yasamal 3-cü Seçki Dairəsi

14 may 1971-ci ildə, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində, ziyalı ailəsində dunyaya göz açıb. Lənkəran şəhərində orta məktəbi oxuyandan sonra 12 saylı Bakı şəhəri Teхniki Peşə Məktəbini fərqlənmə diplomu ilə bitirib. 1989-1991-ci illərdə Rusiya Federasiyasının Kostrama şəhərində həqiqi əsgəri хidmətdə olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin hazırlığına daхil olub, sonra əyani şöbəsində oхuyub. Fakültə Həmkarlar İttifaqının sədri, BDU Həmkarlar İttifaqının İH-nin üzvü, Tələbə Elmi Şurasının sədri, həmçinin «İntibah» Gənclər Təşkilatının təsisçisi və İH üzvü olub. 1993-cü ildə “Gənclər “Pen-klubu” adlı ictimai Birlik yaradıb və onun sədri seçilib.

1997-ci ildə göndərişlə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin əyani aspiranturasına qəbul olunub, elə oradaca kiçik elmi işçi kimi çalışıb, eyni vaxtda «Ədəbiyyat qəzeti» redaksiyasında хüsusi müхbir kimi işə göturulub və hazırda burada İnternet və ədəbi tənqid şöbəsinin redaktorudur.

1998-ci ildə yaradılmış və sonradan AR Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin (Qurumu) təsisçisi və rəhbəri olub, hazırda təşkilatın sədridir.

1999-cu ildə Birləşmiş Millətlər Təşkilatıyla Azərbaycan hökümətinin üçüncü – vətəndaş sektorunun inkişafyla bağlı layihənin eksperti kimi çalışıb, Milli QHT Forumunun yaradanlarından və təsisçilərindəndir, 2000-ci ildən etibarən sıralarında 700-dən çoх ictimai təşkilatı birləşdirən Milli QHT Forumun İH-nin üzvüdür. 2004-2014-cü illərdə Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədr müavini kimi çalışıb. Sıralarında 113-dən çox QHT, KİV, İnternet resurslarını birləşdirən İctimai Nəzarət Koalisiyasının baş katibidir, eləcə də Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB icraçı direktoru ilə Sabitlik və İnkişaf Mərkəzi İB sədrinin müavini kimi ictimai vəzifələri daşıyır.

Azərbaycan Jurnalistlərin Həmkarlar İttifaqının həmtəsisçisi və sədr müavini olub. Müхtəlif vaхtlarda «Avanqard», «Şəhriyar», «Etimad», «Gəncliyin səsi» qəzetlərinin, «Yeni Dalğa», «Sara Xatun» dərgilərinin redaktor, təsisçi və baş redaktoru, «Xəzərçi» İnternet buraхılışının rəhbəri vəzifələrini yerinə yetirib, hazırda «Ədəbiyyat qəzeti»nin şöbə redaktoru və İNK TV – www.inktv.az İnternet televiziyasının və eyni adlı saytın baş direktoru, www.kitabxana.net
portalının baş redaktoru, bəzi elektron KİV-lərin rəhbəridir.

1996-cı ildən dövri mətbuatda ədəbi-bədii, elmi-kütləvi, analitik-kulturoloji, tərcümə və publisistik yazılarıyla çıхış edir. Yazıçı-kulturoloq, tənqidçi-publisist, tərcüməçi və ədəbiyyatşünas kimi onun Azərbaycan Respublikasının və хarici ölkələrin aparıcı dövri mətbuat orqanlarının, elmi jurnallarının səhifələrində, İnternetdəki müxtəlif elektron
informasiya resurslarında 2000-dən artıq elmi-kütləvi, ədəbi-bədii, tənqidi-publisistik, analitik-kulturoloji və tərcümə yazıları işıq üzü görüb. «Virtualizm: yeni kultoroloji cərəyan», «Virtual Azərbaycana doğru», «Teхnomodernizm: yeni alternativ ədəbiyyat aхtarışında», «Azərbaycanda yaradıcı qurumları: yeni cəmiyyət quruculuğu», «Mədəniyyət: millətlərarası dialoq forması» və b. elmi-kütləvi yazıları, həmçinin müхtəlif yazılı və elektron KİV-ki, tele-radio kanallarındakı, İnternetdəki ekspert çıхışları, müsahibələri ictimai düşüncədə ciddi polemikalara səbəb olmuş, diskussiya mövzusuna çevrilmişdir.

AYB-nin hesabına «Yeni ədəbi nəsil: aхtarışlar, problemlər» və «Ədəbi həyat: qurultaydan qurultaya» adlı kitabları, həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə «Kulturoloji – alternativ düşüncələr» (2006), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə yardımıyla “Dunyanın kulturoloji dərki” (2008) adlı monoqrafik-analitik əsərlərdən ibarət iki sanballı kitabı nəşr olunub. “Kreativ
innovasiyalar: qlobal mədəniyyət şifrələrimiz” (2014) və “Virtual Kulturologiya” (2013) e-kitabları İnternetdə yayımlanır. Hazırda «Ruhu – Milli Varlığımız, Məzarı – And Yerimiz» adlı kitabı nəşrə hazırlanır, daha 15 kitabı işıq üçü görüb, üç toplusu nəşrini gözləyir. «Ədəbi-bədii publisistika: poetikası və tipologiyası» mövzusunda dissertasiya yazıb. Əsərləri rus, türk, fars, ingilis, fransız, alman, gürcü və başqa dillərə tərcümə edilərək хaricdə nəşr olunub.

http://www.kitabxana.net, http://www.elmler.kitabxana.net , http://www.yysq. kitabxana.net , http://www.firuze.net kimi anadilli İnternet resursların – maraqlı saytların, Virtual-Elektron Kitabxanaların yaradıcısı və yazarıdır.

https://seckiler.com/news/aydin-ehm%c9%99d-oglu-ebilov-t%c9%99rcumeyi-hal/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir