Yazıçı-publisit Rəşad Məcid 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Azərbaycan Mətbuat Şurasının sədri, AYB sədrinin müavini, tanınmış yazıçı-publisist, ictimai xadim Rəşad Museyib oğlu Məcidov (Məcid) 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, R.Məcid Azərbaycanda media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə adıçəkilən ordenlə təltif olunub.
Qeyd edək ki, avqustun 21-də Rəşad Məcidin 60 yaşı tamam olur.

