Deputatlığa qeydə alınmış namizəd: Ədalət İzzət oğlu Qafarov (Əroğlu)

01 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. 

 “İZZƏT” MMC Hüquq Xidməti, Təhsil Mərkəzinin təsisçisi və direktoru, Yeni Yazarlar və Sənətçilər İcitmai Birliyinin Ekspertlər Şurasinin üzvü, Sumqayıt səhər bölməsinin rəhbəri, hüquqşünas, şair-publisist  Ədalət İzzət oğlu Qafarov (Ədalət Əroğlu) öz təşəbbüsü ilə namizədliyini irəli sürmüşdür.

Hazırda Ədalət Qafarovun namizədliyi qeydə alınıb.

Onu da deyək ki, Ədalət Qafarov AYB və AJB-nin üzvüdür. Namizəd öz FB səhifəsində Sumqayıt sakinlərinə imza toplama kompaniyasında ona dəstək olanlara  dərin təşəkkürünü bildirmişdir. 

Yeni Yazarlar və Sənətçilər İcitmai Birliyi ailəsi olaraq, biz də öz növbəmizdə, əziz dostumuzu, dəyərli ziyalımızi təbrik edir, uğurlar diləyirik!


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir